Aprel 27, 2021

Prezident İlham Əliyev: Çox şadam ki, Qarabağda birinci layihənin icrasında Türkiyə şirkəti iştirak edir

Çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsinin icrasında iştirak edəcək Türkiyə şirkətinin əməkdaşı ilə videoformatda söhbət edərkən söyləyib.

Ardını oxu »

A.A.Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Ardını oxu »

Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini təsdiqləyib

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibini təsdiqləyib

AZƏRTAC xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Parlamentin sədri Sahibə Qafarova MSK-nın tərkibinin 18 nəfərdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatlardır.

Ardını oxu »

Gürcüstan parlamentinə yeni sədr seçilib

Bu gün Gürcüstan parlamentinin iclasında təşkilati məsələyə baxılıb.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü, deputat Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

AZƏRTAC xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

Ardını oxu »

“Yerindəcə məhv ediləcək” – Prezident erməni təxribatından danışdı

Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi.

Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşü zamanı deyib.

“Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır.

Ardını oxu »

“Kiçik Ürəklərdə Böyük Xatirələr”

“Azercell”in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir.

Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.

Layihənin əsas məqsədi Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə “Azercell”in partnyoru “GİD CSR Consulting” şirkətidir.

Ardını oxu »

“Ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşib – Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nin hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

Adalet.az dialoqu təqdim edir:

Elçin Quliyev dedi:

Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Ardını oxu »

Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

  Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Adalet.az-ın məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçiblər.

Sədr vəzifəsinə Məzahir Pənahov, katib vəzifəsinə Arifə Muxtarova və Mikayıl Rəhimov seçilib.

Ardını oxu »

Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

 Aprelin 29-da Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Adalet.az bu barədə Pakistanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, tədbir videokonfrans formatında Pakistan tərəfi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Biznes forumda hər iki ölkənin əczaçılıq, tibb, kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində işləyən şirkətlərin nümayəndələri iştirak edəcək.

Ardını oxu »

Qarayeri qəsəbəsindən olan şəhid Cəfərov Babək Məxsus oğlunun ailəsi ziyarət olundu

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid  ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin valideynləri, yaxınları, Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını  bölüşdülər. 

Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Cəfərov Babək Məxsus oğlu Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory