Aprel 28, 2021

Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.

Adalet.az -ın məlumatına görə, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Ardını oxu »

“Övladlarımı Ramiz Rövşənin şeirləri ilə yatızdırırdım”- MÜSAHİBƏ

Həmsöhbətimiz şair Sevil Ülvidir.

-Sevil xanım, ədəbi mühitdə hər hansı bir aktivliyiniz görünmür.

-Bəli, heç bir ədəbi mühitdə fəalliyyətim yoxdur. Uzun müddətdir ədəbiyyatla(şeirlə) məşğul olsam da, lakin indiyə qədər yazdıqlarımın işıqlanması, oxunması üçün heç bir çaba göstərməmişəm. Yalnız son illərdə sosial şəbəkələrdə, bəzi saytlarda yazdıqlarımı paylaşmağa başlamışam. Bir çoxumuza görə başarılı olmaq üçün 40 yaş gec qalmış olaraq görülsə də bu düşüncənin yanlış olduğunu düşünürəm. Bu düşüncənin tam əksini bizə isbatlayan nə qədər tanınmış insanlar oldu. Mənim həyatımda da belə oldu, hər şey 40 yaşdan sonra başladı. Və çalışacam ki, yazdıqlarımla oxucuların sevgisini qazanam.

Ardını oxu »

Qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı

  ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

İkili standartlar siyasətinin və beynəlxalq riyakarlığın təcəssümü özünü çox gözlətmədi. Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin ən bariz təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

Ardını oxu »

“Öyrənməyin və öyrətməyin sərhədi yoxdur”-MÜSAHİBƏ

“Müəllim danışır”

“Müəllim danışır” rubrikamızın qonağı “Baku-Oxford” məktəbinin kimya müəllimi, Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadədir.

-Rüfət, Gənc Müəllimlər Assosasiyasının sədri seçilmisiniz. Assosasiyanın planları nədir? Hansı fəaliyyətləri ilə seçiləcəklər?

-Müəllim cəmiyyətin həyatında müstəsna rol oynayır. Ulu öndər H.Əliyevin dediyi kimi: “Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik” .

Ardını oxu »

Göygöl: 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq işləri aparılır

2020/2021-ci tədris ilində Göygöl rayonu üzrə buraxılış imtahanlarının  keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən dörd  mərkəz (şəhər 1, 6 nömrəli və Üçtəpə kənd tam orta məktəbləri) seçilmişdir. Həmin məktəblərin  sanitar qovşaqları tam işlək vəziyyətdədir və fasiləsiz axar su ilə təmin olunmuşdur.
İmtahanların təşkil olunması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş tapşırıq və tövsiyələr yerinə yetirilib.

Ardını oxu »

Tərtər: 44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun yol infrastrukturu yenilənir

44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonundada yol infrastrukturunun yenidənqurulması işlərinə başlanılmışdır. 

Ardını oxu »

Qazax: Qələbəyə bir gün qalmış

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır.

Ardını oxu »

Samux: Şəhid ailəsi ziyarət olundu

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  əməkdaşları, şəhidin valideynləri, yaxınları , Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını  bölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid  ailələrinin diqqət mərkəzində saxlanılmasıdır.

Bəylərov Seymur Səlyəddin oğlu 24 aprel 1996-cı il tarixdə anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı 29 sentyabr 2020-ci il tarixdə  qəhrəmancasına şəhid olub.

Ardını oxu »

Media nümayəndələri “Ağıllı kənd” layihəsinin icrası ilə tanış olublar

Media nümayəndələri “Ağıllı kənd” layihəsinin icrası ilə tanış olublar<b style="color:red"></b>

Media nümayəndələri Zəngilan rayonunda 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin icra edildiyi ərazidə olublar. 

525.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər layihənin icrası, ərazidə aparılan işlərlə ilə maraqlanıblar.

Mətbuat təmsilçilərinə layihə və görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətləri də iştirak edir.   

Ardını oxu »

“Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”

"Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb"<b style="color:red"></b>

“Artıq Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”.

525.az-ın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq dəyişikliklər bir çox qurumlarla razılaşdırılıb:

“Məcəllədəki 11 maddə əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir”.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 191
  • 28
  • 3,354
  • 65,094
ILK-10 Azeri Website Directory