Aprel 29, 2021

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir.

Ardını oxu »

İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb

 İstanbulun mərkəzi Esənlər avtovağzalında planlaşdırılan terror aktının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, avtovağzalda bir avtomobilin altına yerləşdirilən beş kilo partlayıcı maddə aşkarlanıb. Bununla bağlı iki PKK terrorçusu ələ keçirilib. Faktla bağlı araşdırma başladılıb.

Ardını oxu »

Kinoda əbədiləşən ömür

 Xalq artisti Əjdər İbrahimovun anadan olmasından 102 il ötür

 Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

AZƏRTAC xəbər verir ki, bu görkəmli kinorejissorun anadan olmasından 102 il ötür.

Ardını oxu »

Dünyada COVID-19 virusuna yoluxanların sayı 150 milyon nəfəri ötüb

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 150 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, aprelin 28-nə olan məlumata görə, bütün dünyada koronavirusa 150 milyon 265 min 403 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 164 min 887 nəfərə, sağalanların sayı isə 127 milyon 811 min 155 nəfərə çatıb.

Ardını oxu »

Hafiz Paşayev – 80

Tarixi şəxsiyyətə hörmət və ehtiramla

Hafiz Paşayev 1941-ci il mayın 2-də Bakıda doğulub. Onun bu il tamam olan 80 illik yubileyi təntənə ilə qeyd edilməyə layiq dəyərli hadisədir.

Çox xoşbəxtəm ki, ölkəmiz milli müstəqilliyini bərpa etdiyi gündən etibarən təhsil sahəsində ən böyük layihələrdən biri olan ADA Universitetinin inkişafında onunla yaxından işləmək fürsətim olub. Bu yolda qismətimdə Hafiz müəllimlə yoldaşlıq şansı olduğundan xeyli xatirələrim var və bunlardan bəzilərini oxucularla bölüşmək mənim üçün xüsusi bir şərəfdir.

Ardını oxu »

Səngər adamının şeirləri – Zemfira Məhərrəmli yazır

 VƏ YA MÜHARİBƏNİN İÇİNDƏN YAZANDA

Çağdaş günümüzdə savaş ədəbiyyatından söz düşərkən müharibə mövzusunda silsilə şeirləri, qələmə aldığı cəbhə xatirələri ilə gündəmdə olan şair-publisist Emin Pirinin obrazı göz önünə gəlir. Onun hasilə gətirdiyi bədii nümunələr səmimiliyi, ən başlıcası isə inandığı həqiqətləri əks etdirməsi ilə seçilir.

Hələ 2008-ci ildə Ağdam istiqamətində, düşmənlə təmas xəttində həqiqi hərbi xidmətdə olan, daha sonra kursant kimi hərbi təhsil alan, iki il ərzində burada zabittək qulluq edən Emin səngər həyatı yaşamışdı. Atəşkəs dövrü olsa da, yırtıcı düşmənin təxribatlarının, sərhədyanı kəndlərimizi tez-tez atəşə tutmasının, dinc sakinləri gülləbaran etməsinin şahidi olmuşdu. 

Ardını oxu »

Baş separatçıdan növbəti “sınıq” etiraflar: Moskva səfərinin təəssüratları…

 Uzaq keçmiş olmadığına görə yəqin ki, bir çoxunuzun yadındadır: 10 noyabr sazişindən dərhal sonra Dağlıq Qarabağdakı separatçı rejiminin başçısı Araik Arutyunyan “Facebook” hesabında canlı yayım zamanı xəstə erməni toplumunu kədərləndirən məlumatlarla çıxış etdi. Halbuki 44 günlük müharibənin ilk günü “dünyanın ən peşəkar ordusu” deyirdisə, “əslində bizim ordu dünyada ən peşəkardır. Silahlanma baxımından deyil, peşəkarlıq baxımından” pafoslu açıqlamalar verirdisə, bunun 44 günlük müharibənin sonuncu günü necə bir sabun köpüyü açıqlamalar olduğunu göstərdi.

Ardını oxu »

Aqil Abbas: “Xudayarı təhqir edənin şərəfini şəhidlər qoruyub”

 Xəbər verildiyi kimi, sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. Onun  döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb. 

“Mən, Aqil Abbas Ağdama Xudayar və Xudayar kimi şəhidlərimizin hesabına gedib-gələ bilirəm. Xudayarı təhqir edənin şərəfini şəhidlər qoruyub”.

Ardını oxu »

Burada vaksin vurduran gənclərə pul veriləcək

Amerikanın Virciniya ştatında insanları vaksinasiya prossesinə cəlb etmək üçün fərqli üsul tətbiq ediləcək.

16-35 yaş arası ölkə vətəndaşları vaksin vurdurduğu halda onlara 100 dollar (170 manat) pul ödəniləcək.

Ardını oxu »

Tovuz: İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Vətən müharibəsində itkin düşmüş hərbi qulluqçu Pərviz Nağıyevin ailəsinə baş çəkib

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində Vətən müharibəsində itkin düşmüş hərbi qullquçu Nağıyev Pərviz Güloğlan oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışdır.

Məmməd Məmmədov Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən danışlaraq tarixi Qələbənin əldə olunmasında Şanlı Azərbaycan Ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edən bütün hərbi qulluqçularının qəhrəmanlıq nümayiş etdirdiklərini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini, cəsur Azərbaycan əsgərinin şücaətini bütün dünyaya göstərdiklərini qeyd etmişdir. Vurğulanmışdır ki, belə hərbi qulluqçularımızdan biri də Pərviz Nağıyev olmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 3
  • 2
  • 14,687
  • 40,267
ILK-10 Azeri Website Directory