May 2021

ANAMA: Ötən həftə 178 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 178 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ardını oxu »

Ağdam və Tərtərdə subartezian quyularının qazılmasına 1,4 milyon manat ayrılıb -SƏRƏNCAM

Prezident İlham Əliyev Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Ardını oxu »

Azərbaycan nümayəndə heyətinin İrana səfəri davam edir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində İranın Neft Nazirliyində görüş keçirilib.

Baş nazirin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafına nail olublar. Hazırda Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.

Ardını oxu »

Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək.

Bu barədə “Son Dakika” xəbər verib.

Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək.

Brüssel sammitindən sonra isə o, iyunun 14-16-da Bakıda səfərdə olacaq.

Ardını oxu »

Prezident pandemiya ilə mübarizədən danışdı

“İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim”.

Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda təqdim edilən çıxışında deyib.

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.

Ardını oxu »

AĞDAM DÜNYANIN ƏN MÜASİR ŞƏHƏRLƏRİNDƏ BİRİ OLACA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 28 may tarixində
Ağdam şəhərinin bərpa olunması Baş Planının təsdiq edilməsi üçün Ağdam rayonuna səfər edib.

44 günlük Zəfər Qələbəsindən sonra, digər işğal altında olan ərazilərimiz kimi, Ağdam rayonuda erməni vandalizminin qurbanına çevrilib. Şəhər mərkəzi və işğaldan azad edilmiş  kənd və qəsəbələrimizlərimiz tamamilə vəhşicəsinə dağıdılıb, bütün infarastrukturlar, mədəni – tarixi abidələrimiz məhv edilib.  

10 noyabr 2020-ci il tarixdə demək olar ki, tamamilə məhv edilmiş işğalçı erməni ordusu məğlubiyyətini etiraf etdi və kapitulyasiya aktına qol şəkmək məcburiyyətində qaldı. 

Ardını oxu »

Ucar: Cənnətdə ilk doğum günün mübarək kapitan Eçin İsmayılov

30 may 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatı üzvlərinin iştirakı ilə Ucar rayon Şəhidlər Xiyabanında 30 iyun 1989-cu ildə Ucar rayonunda anadan olmuş, 07 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunmasında şəhid olmuş, 08 oktyabr 2020-ci ildə dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı İsmayılov Elçin Mübariz oğlunun doğum günü qeyd olunmuşdur.

Ucar rayon “Came” məscidinin axundu Hacı Elnur, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışlarında qeyd etdilər ki, 44 günlük Vətən müharibəsinin hər bir günündə Şəhid Oğullarımız qəhrəmanlıq dastanları yazdılar.

Ardını oxu »

Samux: İnstitut qəsəbə tam orta məktəbinin yeni binası tikilir

Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbinin binası yeni ərazidə Təhsil Nazirliyinin xətti ilə tikilir.

Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova və şöbənin əməkdaşları son tamamlanma işləri ilə maraqlanıb.

Xatırladaq ki,  yeni məktəb binasının tikintisi üçün 1 hektar 20 sot ərazi ayrılıb. Yeni tikilən 3 mərtəbəli təhsil ocağında  960 şagird təhsil ala biləcək .

Ardını oxu »

Zakir Həsənovdan düşmən təxribatları ilə bağlı tapşırıq

Zakir Həsənovdan düşmən təxribatları ilə bağlı tapşırıq <b style="color:red"></b>

Mayın 31-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən 525.az-a bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. General-polkovnik Z.Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib.

Ardını oxu »

Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb

Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb<b style="color:red"></b>

“YAŞAT” Fondu tərəfindən tibb xərcləri üçün 3 milyondan çox pul xərclənib.

525.az-ın məlumatına görə, bunu “YAŞAT” Marafonunun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyədək bu xərclər 872 şəhid ailəsi və 413 qazi ilə bağlı olub:

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 187
  • 28
  • 3,350
  • 65,090
ILK-10 Azeri Website Directory