May 3, 2021

Səbəbi mənə qalsın – Səxavət Məmməd yazır

Sərhəddə baş verən o sürtüşmə ilk hal deyil. Son olacağına da inanmıram. Bəyanatdan sonra ilk qarşılaşmalar daha sərt olurdu. Şəxsən özümün şahidi olduğum bir hal da olub. Bu barədə yazmaq istəmirəm. Səbəbi mənə qalsın.

Sərhədçilər lazım olandan daha çox səbr nümayiş etdirdilər. Bəlkə də, onlara bu çox ciddi tapşırılıb.

Ancaq təcrübə onu göstərir ki, sərtlik bu məsələdə ən gözəl çıxış yoludur. Yəqin Keşikçidağ xatirinizdədir. O vaxt hadisə baş verən günün səhərisi əraziyə daxil ola bilmişdim. Bir neçə tənqidi yazı da yazmışdım. Daha sonra sərhədçilər lazım olan kimi davrandı və vəziyyət 180 dərəcə dəyişdi.

Ardını oxu »

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

Adalet.az xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir deyib:

– Cənab Prezident, Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. İcazə verin, Sizə Prezidentimiz Aleksandr Vuçiçin səmimi salamlarını, Sizin və ölkənizin rifahı, inkişafı üçün xoş arzularını çatdırım.

Ardını oxu »

Mayın 8-də bütün ölkə üzrə pensiya ödənişi başa çatacaq

 Mayın 8-də bütün pensiyaların ödənişi həyata keçiriləcək.

Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.

Sözügedən tarixdən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Ardını oxu »

O BÖYÜK ZİYALI

… Dünyada insanın üç böyük varlığa borcu var: Allaha, valideynə və müəllimə! Düşünürük ki, bu borcu hələ heç kim qaytara bilməyib. Amma sadəcə olaraq, hər an onları xatırlamaq, yada salmaq elə özü hardasa o borcun bir hissəsinin çiynindən götürülməsidi. Və biz də həmişə çalışmışıq ki, gücümüz nəyə çatırsa, Allahın, valideynin və müəllimin borcunu qaytaraq…

… Hər il o böyük ziyalını – BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor, kafedra müdiri, Milli Məclisin sabiq deputatı mərhum Şamil Qurbanovu doğum günündə yada salmışıq və xatırlamışıq. Ən azından ona görə ki,  Allah tərəfindən unudulmayan Şamil Qurbanov tələbələri tərəfindən də heç vaxt yaddan çıxmır. Çünki onun böyük ürəyi, ziyalı qəlbi və ən nəhayət, düşüncəsinin işığı həmişə bu xalqın, bu millətin üstünə düşüb.

Ardını oxu »

Ağstafada vəzifəli şəxs həbs edildi

Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ardını oxu »

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü

“Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.

Ardını oxu »

Mədəniyyət Nazirliyində kadr təyinatları olub

Mədəniyyət Nazirliyində kadr təyinatları olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub.

1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Ardını oxu »

Müxtəlif təyinatlı torpaq vergisi necə hesablanır?

Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə vergi 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.

Ardını oxu »

Şuşaya uzanan döyüş yolu

O, Ağdamın Orta Qərvənd kəndinə əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik Raquf Orucovun komandiri olduğu hərbi hissədə qulluq edib. Doğma torpağa, Vətənə olan sevgini ona 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş hissə komandirinin aşıladığını, yaxud qandan-candan gələn bir hiss olduğunu demək, əlbəttə ki, çətindir…

Ötən ilin yayında Tovuzun sərhəd kəndlərində ermənilərin törətdiyi təxribatdan sonra Anar Heydərov cəbhəyə yollanmaq üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Səbail rayon şöbəsinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də həmin rayon şöbəsindən gələn çağırış əsasında Anar cəbhəyə yollanıb. 25 yaşlı gəncin döyüş yolu Füzuli, Xocavənd, Daşaltı kəndi və Qarabağın baş tacı olan Şuşa şəhərindən keçib.

Ardını oxu »

Qazax: Atasız böyümüşdü…

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,028
  • 95
  • 20,405
  • 34,329
ILK-10 Azeri Website Directory