May 4, 2021

Hərbi xunta parçalandı

Koçaryanla Sarkisyan bir-birilərinə qarşı ittihama başladılar

Cari ilin iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi sferada maraqlı proseslər cərəyan etməkdədir. Bu, ilk növbədə, Nikol Paşinyan iqtidarının opponentlərinə aid edilir. Onların sırasında yer  alan keçmiş hərbi xuntada artıq parçalanmalar müşahidə edilməkdədir.

Məlumatlara görə, hərbi xuntanın əsas təmsilçiləri olan sabiq prezidentlər Robert Koçaryanla Serj Sarkisyan arasında ixtilaflar dərinləşib. Sabiqlərin  fərqli qüvvələrlə seçkilərə qatılmaları da bunun təsdiqidir.

Ardını oxu »

“İlham Əliyev bizə əvvəl Qarabağı, indi isə həyatı qaytardı”

Protez-Ortopedik Bərpa Mərkəzi Vətən savaşı qazilərinin sınıq ümidlərinin qol-qanad ünvanına çevrilib

“Döyüşdə yaralanmış, ayağımı itirmişdim. Amma mənə daha çox əzab verən bunu anama necə deyəcəyimlə bağlı keçirdiyim hiss idi… Axı anamın ürəyi məni bu halda görməyə necə dözəcəkdi…”

“Yenidən addımlayacağam”

…Evdəkilərə bildirmədən 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinə döyüşə yola düşmüşdü Anar Quliyev.

Ardını oxu »

İlham Əliyevdən Ermənistana sonuncu xəbərdarlıq: “Əgər bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər!”

“Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq… Bu, sonuncu xəbərdarlıqdır”.

İlham Əliyevin Zəngilandan Ermənistana sonuncu xəbərdarlığı belə oldu. Qalib Sərkərdə kimi Qarabağa hər səfərində həm yeni-yeni layihələrin təməlini qoyan, həm də Ermənistana düşdüyü acınacaqlı durumdan qurtulmaq üçün çıxış yolları göstərən İlham Əliyev bu dəfə revanşist dəstələri, sərhəddə təxribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırdı. Əks təqdirdə dəmir yumruq əməliyyatı yenidən təkrarlana bilər.  

Ardını oxu »

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyində 13 məsələ müzakirə olunur.

-“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

Ardını oxu »

Qurtuluşdan tərəqqiyə və zəfərə

Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyətli və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürmüş, tarix yazmış lider kimi Azərbaycanı zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin, dövlətçilik ənənələrinin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu tarixi reallığın mahiyyətini daha yaxşı anlamaq üçün həmin dövrün bir sıra xüsusiyyətlərinə və proseslərinə faktlar əsasında nəzər yetirmək kifayətdir.

Ardını oxu »

“Ədəbiyyatın dilini elə ədəbi formada kəsirlər” – MÜSAHİBƏ

  Şair Ələsgər Əhməd “Adalet.az” saytına müsahibə verib.

– Ələsgər, bu yaxınlarda AYB-nin verdiyi təqaüddən imtina etdiyin haqqında sosial şəbəkədə status paylaşdın. Bir az bu barədə danışaq..

– Daha doğrusu, vermək istədiyi təqaüddən. Özün də yaxşı bilirsən ki, bəzən ədəbiyyatın dilini elə ədəbi formada kəsirlər. Bu mənim qərarımdan savayı dünyanın hər söz masasında təkmilləşmiş edam üsuludur. Yazı adamı ən çox hisslərə arxayınlaşır, mən də hissimə arxayınlaşıb, imtina etdim.

Ardını oxu »

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

Adalet.az xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Ardını oxu »

Bir vaxt sevdiyinə gül verən əllər… -Mərziyyə NƏCƏFOVA yazır

Vətən müharibəsinin döyüşçü şairi Emin Piri yaradıcılığında müharibə

Emin Piri 44 günlük müharibədə təkcə qələmini silaha çevirmədi, həm də silahı ilə torpaqlarının azdlığını uğrunda mübarizə apardı. Eminin şeirlərini oxuyuram, yəqin, müharibədən öncə bunları yazmışdı, döyüşüb torpaqları xilas etməyi elə onda qarşısına məqsəd qoymuşdu, şəhidlər xiyabanında olanda. Yaşca özündən kiçik, şəhid olan əsgərlərin məzarları önündə bir əsgər yetişmişdi.

Ardını oxu »

“Oxu tar! Ağdama gələn var” – Rəşad Məcid yazır

Adamın çızdağını çıxaran, hiss və duyğularını öz əsarətində saxlayan olduqca təsirli bir film.

Səadət Məmmədovanın “ Oxu tar! Ağdama gələn var” filmini izləyəndən sonra ilk təssürat kimi bu cümləni yazdım.
Həqiqətən də elə bir təsir gücü, elə bir cazibəsi var idi ki, əvvəlindən axırınacan adamı yaratdığı auradan çıxmağa qoymurdu. Belə bir qiymətli filmi ərsəyə gətirdiyi üçün Səadət xanıma çoxlu təbriklər və təşəkkürlər düşür.

Ardını oxu »

Nizami Gəncəvi haqqında daha bir virtual sərgi

Nizami Gəncəvi haqqında daha bir virtual sərgi<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil edilib.

Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz  xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 139
  • 23
  • 3,302
  • 65,042
ILK-10 Azeri Website Directory