May 5, 2021

Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır…

Çiyələk gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdəndir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir.

Dövlət Aqrar Universtitetinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov AZƏRTAC-a çiyələyin faydalarından danışarkən bildirib ki, ölkəmizdə yeni meyvə mövsümü çiyələklə açılır. Onun zəngin tərkibi və pəhrizlik xüsusiyyəti bu bitkiyə geniş şöhrət qazandırıb.

Ardını oxu »

Tərəvəz ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Ardını oxu »

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyində 12 məsələ müzakirə olunur.

Ardını oxu »

Azərbaycan-Türkiyə-Özbəkistan audit qurumları əməkdaşlıq edəcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Respublikası Sayıştay Başkanlığının prezidenti Seyit Ahmet Baş və Özbəkistan Hesablama Palatası sədrinin birinci müavini Bakhodir Turabovun iştirakı ilə videokonfrans formatında keçirilmiş üçtərəfli toplantıda iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı (ECOSAI) çərçivəsində və ikitərəfli səviyyədə qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin gücləndirilməsində əməkdaşlığın zəruriliyi məsələləri müzakirə edilib.

Ardını oxu »

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyonu ötüb

Bu gün səhər saatlarına olan məlumata görə, dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 155 milyon 4 min 889 yoluxma halı aşkarlanıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 241 min 691 nəfərə, sağalanların sayı isə 132 milyon 496 min 345 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderliyini davam etdirir. Birləşmiş Ştatlarda koronavirusa 33 milyon 274 min nəfər yoluxub, 592 min 409 nəfər ölüb, 25 milyon 966 mindən çox insan sağalıb.

Ardını oxu »

Bu gün üçüncü Qədr gecəsidir

Bu gün Azərbaycanda üçüncü Qədr (Əhya) gecəsidir.

Adalet.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edib. Ramazanın 26-cı günü, mayın 9-dan 10-na keçən gecə də Qədr gecəsi olacaq.

Ardını oxu »

Qazax: Vaksinasiya davam edir

Dünyada tüğyan edən, çoxsaylı insan ölümünə səbəb olan COVID-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı demişdir: “Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir”.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirilir. Rayonda insanlar arasında maarifləndirici tədbirlər aparılır, əhalinin kütləvi toplaşmalarının qarşısı alınır, tibbi maskalardan istifadəyə və məsafə saxlanmasına ciddi nəzarət olunur.

Ardını oxu »

Goranboy: Dahi Şəxsiyyətin azərbaycançılıq ideologiyası

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm amillərlə şərtlənir. Azərbaycan xalqı da əlverişli tarixi şəraitdən və özünün ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi potensialından yararlanaraq  XX əsrin əvvəlində qazanmış olduğu müstəqillik və istiqlal sərvətini əsrin sonlarında bir daha əldə etdi. Lakin müstəqillik tariximizin qısa zaman dövrü Ümummilli Liderimiz Heydər Əliyevin bir fikrini təsdiq edir:
“ ..müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onun saxlanılması və daimi olması bundan da çətindir.”

Bu illər ərzində Azərbaycanın  keçdiyi müstəqil dövlətçilik  yolunun təhlili aydın surətdə onu göstərir ki, çətin ictimai-siyasi və hərbi müdaxilə şəraitində müstəqil  dövlət qurmaq və onu mürəkkəb şəraitdə idarə etmək möhkəm iradəli, qlobal dünyagörüşlü, dərin milli-mənəvi dəyərlərə malik və yüksək idarəçilik  bacarığı olan bir lider tələb edir. Həm də bu lider xalqın vahid dəstəyinə sahib olan bir dahi şəxsiyyət olmalı idi. Məhz, XX əsrin sonlarında Azərbaycan xalqının belə bir şəxsiyyətə ciddi ehtiyacı yarandı.

Ardını oxu »

“Bu şəxslərə 2-ci doza vurulmur” – TƏBİB

"Bu şəxslərə 2-ci doza vurulmur" - <b style="color:red">TƏBİB</b>

“Koronavirus əleyhinə vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur”.

525.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir:

Ardını oxu »

Fikrət Qoca dəfn olunub

Fikrət Qoca dəfn olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunub.

525.az APA-ya istinadən xəbər verir ki, mərasimdə F.Qocanın ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

F.Qoca mayın 5-də vəfat edib. 

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 257
  • 95
  • 13,959
  • 52,508
ILK-10 Azeri Website Directory