May 6, 2021

Ramil Usubov:“Baş qaldırmağa cəhd etsələr, dərhal məhv ediləcəklər”

“Məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir”.

 
Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycaan” qəzetinə müsahibəsində deyib.

Ardını oxu »

Prezident Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Adalet.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Ardını oxu »

Ərdoğan və Putin Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Dövlət başçıları Qarabağ məsələsini müzakirə ediblər.

Ardını oxu »

Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək

Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində keçirilməsinə dair ilkin razılıq əldə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.

Belə ki, cari ilin 4-5 may tarixlərində Niderlandın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin videokonfrans formatında 51-ci iclası keçirilib.

Ardını oxu »

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı YENİLİK

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Bu barədə qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

Bildirib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək:

Ardını oxu »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxs açıq tender elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxs agentliyin Aparatı üçün vebsaytın yaradılması xidmətinin satın alınması

 Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə sistemdə asan pay vasitəsilə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Ardını oxu »

“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 5-də “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib.

Milli Məclisin Regional məsələlər komitəsi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkil etdikləri tədbirdə deputatlarla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin təmsilçiləri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri iştirak ediblər.

Ardını oxu »

Dəmir iradə ilə Zəngəzura doğru…

İlham Əliyevin qətiyyətli siyasəti bu dəhlizi tezliklə reallığa çevirəcək

İstənilən xalq və onun yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər möhkəm, qüdrətli olarsa, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də o dərəcədə güclü olar.

Bu mənada İlham Əliyevin son 17 ildə həyata keçirdiyi tam müstəqil siyasət nəticəsində Azərbaycanın əhəmiyyətli dərəcədə gücləndiyi dünyada heç kimdə şübhə doğurmur. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər isə, ilk növbədə, ölkənin hərbi qüdrətinin hansı səviyyədə olduğunu göstərdi. İndi Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqlara uyğun addım atmaqla bir daha dünyaya gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir.   

Ardını oxu »

Tovuz: Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Tarix sübut etmişdir ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur.

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı da hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.  

Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi vurğu ilə qeyd olunmalıdır  ki, bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz sürətdə bağlıdır.    

Ardını oxu »

Goranboy: Azərbaycanda Ordu quruculuğu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, Şəhid Niyazi Aslanovun “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülməsi ilə bağlı, Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevlə görüşüm mənim həyatımda ən unudulmaz və dəyərli xatirədir.  Dahi Şəxsiyyətlə görüşümüzdə O böyük insanın dövlət başçısı olması ilə yanaşı Onun ata qayğısını da hiss etdim.

Mənim  Ali rəhbərimiz barəsində həyacanla  və səmimi dediyim sözlərimdən sonra  Ümummilli Liderimiz  alnımdan öpdü və böyüklüyünü bir daha nümayiş etdirdi. Bu diqqət və qayğı bir Şəhid ailəsi kimi mənim kimsəsiz olmadığımı, Dövlət Başçımın himayəsində olduğumu göstərdi.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 136
  • 22
  • 3,299
  • 65,039
ILK-10 Azeri Website Directory