May 7, 2021

Görkəmli ədəbi simalar Nizami irsi haqqında

* Səməd Vurğun: “Əgər Nizamiyə qədər müsəlman Şərqində İran ədəbiyyatı qabaqcıl idisə, Nizaminin və onun arxasınca Azərbaycan ədiblərinin bütöv bir nəslinin yaranmasından sonra İran klassik ədəbiyyatıöz birinciliyini bizim Azərbaycan ədəbiyyatına təhvil verdi. Zaqafqaziya, Dağıstan, Orta Asiya, İran, Türkiyə xalqları və başqa xalqların arasında milli dilimizin populyar olması da göstərilən xalqlar arasında Azərbaycan ədəbiyyatının geniş yayılmasına xidmət edirdi”.

* Professor Azadə Rüstəm Sənainin “Hədiqətül-Həqaiq” əsəri ilə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin oxşar və fərqliliyindən bəhs edəndə yazır: “Hədiqə”də xalq kütləsinin ünvanına nahamvar, kobud ifadələr də ara-sıra eşidilməkdədir.

Ardını oxu »

Səməd Vurğunun nəzəri-estetik ideallarında Nizami Gəncəvi

XII əsri Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandıran müəlliflərlə həmfikir olan Səməd Vurğun Məhsəti Gəncəvinin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin ədəbi-bədii irsinə əsaslanırdı. S.Vurğun bu şairlərin humanizmlə, yüksək bəşəri hisslərlə, idraki mühakimələrlə çulğalanmış, insan və cəmiyyət hadisələrini, mənəvi və əxlaqi problemləri özündə ehtiva edən bədii irslərinin birdən-birə yaranmadığını, uzun bir ədəbi-mədəni təşəkkül prosesinin nəticəsi kimi təzahür etdiyini söyləyirdi. Şair ortaq başlanğıc dövründə  yaranan ədəbiyyatı, yazılı abidələri mədəniyyətimizin təşəkkül və inkişaf qaynağı hesab edir, XII əsr- intibah dövrü Azərbaycan ədəbiyyatını bu zəngin ədəbi-bədii təcrübənin məntiqi davamı kimi dəyərləndirirdi.

Ardını oxu »

Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər.

Xatırladaq ki, Xalq artisti bir müddət idi ki koronavirus səbəbindən xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Ardını oxu »

Azərbaycanı əbədiləşdirən lider

98 il bundan öncə, yazın gözəl çağında, şərqin qapısı olan Qədim Naxçıvanda dünyaya göz açan körpəni gələcəkdə çətin, mürəkkəb, keşməkeşli bir MİSSİYA gözləyirdi. Canı, qanı qədər sevdiyi  Azərbaycanın MÜSTƏQİLLİYİNİ  və onun ƏBƏDİLİYİNİ təmin etmək.

Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa da, deyilsə də, yenə azdır. 50 illik əmək fəaliyyətimin 23 ilini bilavasitə onun, 17 ilini isə oğlu cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında çalışmaq, iş prosesində dəfələrlə görüşmək, ünsiyyətdə olmaq, onun qiymətli tövsiyə və məsləhətlərinə qulaq asmaq mənə nəsib olduğu üçün bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Ardını oxu »

Şərəfli tariximizin yaradıcısı

Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Həyatının mənasını ölkəsinə ləyaqətlə xidmətdə görən, müasir Azərbycan dövlətinin memarı Heydər Əliyev də belə liderlərdəndir.

Anadan olmasının 98-ci ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin mahiyyətini daha dərindən anlayırıq.

Ardını oxu »

Paşinyan ona qarşı çıxan generalları sıradan çıxarmağa başladı

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidar və müxalifətin biri-birinə qarşı hücumlarının daha radikal xarakter alması müşahidə edilir. “İravnuk” qəzeti yazır ki, Nikol Paşinyan rəqiblərinin mövqeyini sarsıtmaq üçün yeni taktikadan istifadə etməyə başlayıb. Belə ki, Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətin səbəbləri ilə bağlı hər şeyi generalların və hərbçilərin üzərinə ataraq Paşinyanın günahını yumşaltmağa başlayıblar.

Bildirilir ki, bəzi siyasi partiya rəhbərləri də Paşinyanın reytinqini az-çox yaxşılaşdırmaq işinə boyunduruq olublar: “Keçmişdə onlar kəskin danışırdılarsa və kapitulyasiya imzalamış Paşinyanı qınayırdılarsa, bu gün əks mənzərə var. Onlar “Paşinyan o qədər də günahkar deyil, generallar və hərbçilər ölkəni bu vəziyyətə saldılar” deyərək Paşinyanın günahını yumşaltmağa başlayıblar”.

Ardını oxu »

Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb

Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planına uyğun olaraq ilkin mərhələdə ərazidə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, “Zəfər yolu”nun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür. İşlərin görülməsi üçün maddi vəsait ayrılıb. Tədbirlər Planına daxil olan işlərin bu il icra olunması nəzərdə tutulub.

Ardını oxu »

DYP-dən bayram günləri ilə bağlı sürücülərə MÜRACİƏT

“Mayın 9-dan 16-na qədər – bayram günləri ilə əlaqədar daxili işlər orqanları, o cümlədən Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”.

Adalet.az-ın məlumatına görə, bu sözləri Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

O deyib ki, bayram günlərində həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

Ardını oxu »

MƏMLƏKƏT SEVDALILARI ÜÇÜN – İlqar RƏSUL yazır

(Prezidentin məlum bəyanatı səbəbsiz deyil)

Əziz həmvətənlər!

Bəzi siyasilərin və politoloqların mövcud hakimiyyətə və prezidentə nifrəti gözlərini o qədər tutub ki, millətə və Məmləkətə məmnuniyyətlə xəyanət etməkdən, gerçəyi kölgləməkdən belə çəkinmirlər.

Belələrinin Qarabağ savaşı, ordumuzun zəfəri, torpaqlarımızın işğaldan azad olunmasına dair dediklərinə inanmayın. Qarabağ azad olunub. Ordumuz zəfər çalıb. Gözlə görülən gerçəklik hələ bu zəfərin bir hissəsidi. Ağılla görülənlər də zamanla gözlə görülən gerçəkliyə çevriləcək.

Ardını oxu »

Koronavirusun ağır formasının öncədən müəyyənləşdirilməsi üsulu tapılıb

İsveçrə, Almaniya və Fransa alimlərinin birgə araşdırması nəticəsində koronavirusun ağır formalarının xəstəliyin əvvəlində ikən müəyyənləşdirilməsi üsulu aşkar olunub

Bu barədə “RİA Novosti” Sürix Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Universitetin Eksperimental İmmunologiya İnstitutu alimləri almaniyalı və fransalı həmkarları ilə birlikdə T-qatil hüceyrələri üzərində sınaqlar aparıb.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 144
  • 24
  • 3,307
  • 65,047
ILK-10 Azeri Website Directory