May 8, 2021

Azərbaycanın fəxri və xilaskarı

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Hazırda ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları müasir Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 98-ci ilini qeyd etməyə hazırlaşır.

Ardını oxu »

Paşinyan-Koçaryan qarşıdurması kəskinləşir

Proseslərin gedişatı göstərir ki, Ermənistanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan  və Serj Sarkisyanın siyasi blokları olacaq. “Daşnaksütyun” partiyası seçkiyə R.Koçaryanla və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda qatılacağını təsdiq edib.

“Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan da bunu təsdiq edib. Bildirib ki, onun partiyası indiki siyasi situasiyada bu qərarı qəbul edərkən keçmiş prezidentin böhranı aradan qaldırmaq və ölkəni inkişaf yoluna çıxarmaq təcrübəsini nəzərə alıb. “Dirçələn Ermənistan” partiyası da seçkiyə “Daşnaksütyun” və Robert Koçaryanla vahid blokda gedəcəyini təsdiqləyib. Partiyanın bəyanatında deyilir: “Ermənistanda və Qarabağda fəlakətli vəziyyəti nəzərə alaraq, həmfikir olan və ideologiyamızı bölüşən siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak etməyə qərar verdik. Partiyamız erkən seçkilərdə “Daşnaksütyun”la ittifaqda və ikinci prezident Koçaryanın rəhbərlik etdiyi blokla iştirak edəcək”. 

Ardını oxu »

Heydər Əliyev ideyalarının və arzularının təntənəsi

Hər bir insanın arzuları olduğu kimi, liderlərin də arzuları olur. Adi insanların arzuları əsasən şəxsi xarakter daşıyır, öz həyatı və ailəsinin firavanlığı ilə bağlı olur.

Doğrudur, heç kim ictimai məna kəsb edən dəyərlərdən məhrum deyil və bu baxımdan bütün insanların davranışını motivləşdirən amillər sırasında vətənpərvərlik, humanizim, həmrəylik kimi dəyərlər əhəmiyyətli rol oynayır. Lakin liderlərin fəaliyyətinin motivləri sistemi daha çox ictimai mahiyyət daşıyır və rəhbərlik etdiyi xalqın və ölkənin maraqlarına xidmət göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Mən ömrümün bundan sonra qalan hissəsini xalqıma bağışlayıram” kəlmələri bu fikirlərin ən bariz ifadəsi hesab edilə bilər. Bu dahi insanın bütün arzuları, ona xas olan böyük ideyalar müstəsna olaraq Azərbaycan xalqının rifahına, onun inkişafına, ölkəmizin çiçəklənməsinə, dövlətimizin qüdrətinin artmasına tabe edilmişdi.

Ardını oxu »

Beyni əqli zəiflikdən qoruyan qidalar

Yeni tədqiqata görə, balıq, tərəvəz və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi insan beynini Alzheimer xəstəliyinə səbəb ola biləcək zülalın yığılmasından və sıxılmasından qoruya bilir. Tədqiqatın nəticələri mayın 5-də Amerika Nevrologiya Akademiyasının “Neurology” Tibbi jurnalının onlayn-buraxılışında dərc edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqat zamanı amiloid və tau adlanan anormal zülallar öyrənilib. Amiloid sızanaq, tau isə yumaqcıq yaradan zülallardır. Onların hər ikisi Alzheimer xəstəliyi olan insanlarda aşkarlansa da, normal idraklı yaşlı insanların beynində də tapıla bilər.

Ardını oxu »

İctimai nəqliyyat 7 gün işləməyəcək

Ölkə ərazisində 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Ardını oxu »

Şəmkirdə kişi güllələnərək öldürüldü

21 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi ov tüfəngi ilə Bəxtiyar Alıyevi qəsdən öldürüb.

Ardını oxu »

Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb

Müdafiə Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə açıqlama yayıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, 9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur. Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib. 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub.

Ardını oxu »

Musa Yaqub dəfn edildi – YENİLƏNİB

Ötən gün dünyasını dəyişən Xalq şairi Musa Yaqub dəfn edilib.

Adalet.az-ın məlumatına görə, Xalq şairi İsmayıllının Buynuz kəndində, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

Adalet.az-ın məlumatına görə, mərasim xalq şairinin yaşadığı evin həyətində – İsmayıllı rayonunun Buynuz kəndində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edir.

Ardını oxu »

Azərbaycanda ilk dəfə bir xəstəyə iki qaraciyər köçürülüb

Azərbaycanda ilk dəfə bir xəstəyə iki qaraciyər köçürülüb <b style="color:red"></b>

“Mərkəzi Klinika”da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

525.az xəbər verir ki, bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.

O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: “Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır.

Ardını oxu »

Azərbaycan saatında Şuşa vaxtilə…

Azərbaycan saatında Şuşa vaxtilə…<b style="color:red"></b>

Ötən ilin bu gününün, bəlkə elə bu saatının ertəsinin ertələnməsini  istəyirdim. Mayın 8-nə keçən gecə Tanrının lənətinə tuş  gəlmişdik sanki. “Açılma, sabahım, açılma”-deyə  çox ahlar, amanlar etmişdik.  Zirvədəkinin zirvəsini tərk etmək bir yana, onun başında başqalarının  durması  yandırmışdı hamımızı. Şuşa zirvəydi, qalaydı, alınmazdı… Almışdılar,  çalmışdılar bizdən..

Şuşayla bərabər qürurumuz, mənliyimiz tapdanmışdı. Zaman-zaman dilə gətirsək -gətirməsək  də, bağışlamırdıq bu məğlubiyyətdən doğan  utancı, xəcaləti özümüzə…

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 191
  • 28
  • 3,354
  • 65,094
ILK-10 Azeri Website Directory