May 10, 2021

Şuşadakı Mamay bulağı öz tarixi görkəminə qaytarılır

Şuşadakı Mamay bulağı öz tarixi görkəminə qaytarılır<b style="color:red"></b>

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özünüküləşdirilməsinə cəhd edilmişdi.

525.az xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi.

Bununla yanaşı, əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu.

Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir.

Ardını oxu »

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür<b style="color:red"></b>

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.

Ardını oxu »

Ramazanın 27-ci gününün duası:İmsak və iftar vaxtı

Ramazanın 27-ci gününün duası: <b style="color:red"> İmsak və iftar vaxtı</b>

Bu gün Ramazan ayının 27-ci günüdür.

525.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da imsak vaxtı saat 03:46-da, iftar vaxtı isə 20:00-dadır.

İmsak duası:

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”
 
Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

İftar duası:

Ardını oxu »

ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 104 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ardını oxu »

Milli Hidrometeorologiya Xidməti: İntensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib

Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.

Ardını oxu »

Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir:

“Bu gün Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu.

Ardını oxu »

Azərbaycanın Fransadakı səfirliyi itkin düşmüş mülki azərbaycanlıların taleyi və minalanmış ərazilərin xəritələri ilə bağlı kommünike yayıb

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın itkin düşmüş mülki azərbaycanlıların taleyi ilə bağlı məlumat, eləcə də azad olunmuş ərazilərimizdə mina və digər partlayıcı maddələrin xəritəsini verməməsi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, kommünikedə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş azərbaycanlı mülki şəxslər haqqında məlumat verilir, azad olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən yerləşdirilmiş mina və digər partlayıcı maddələrin xəritəsinin verilməsinə yardım göstərməsi üçün Fransaya çağırış edilir.

Ardını oxu »

Gürcüstanda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Gürcüstanda da geniş qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, Gürcüstandakı azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə Ulu Öndərin adını daşıyan parkdakı büstünü ziyarət edib, abidə üstünə gül dəstələri düzüblər.

Ardını oxu »

DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbirlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəhbər heyəti ənənəvi olaraq Fəxri xiyabanda ulu öndərin Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə tər çiçək dəstələri düzüblər.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 191
  • 28
  • 3,354
  • 65,094
ILK-10 Azeri Website Directory