May 12, 2021

“Vaksin millətçiliyi böyük səhvdir” -BMT

"Vaksin millətçiliyi böyük səhvdir" - <b style="color:red">BMT</b>

Bəzi ölkələrin hələ də koronavirus peyvəndinin bir dozasını qəbul etmədiyi bir vaxtda, zəngin ölkələr aktiv şəkildə öz əhalisini vaksinasiya edir.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Moskvaya səfəri öncəsi Rusiya mediasına müsahibəsində deyib.

O bildirib ki, hazırkı dövrdə vaksin millətçiliyinin aparılması böyük səhvdir: “Mən hazırkı vəziyyətlə bağlı çox narahatam. Bəzi ölkələr sürətli şəkildə əhalinin vaksinasiyasını həyata keçirirlər, bəziləri isə vaksinin bir dozasını belə qəbul etməyib. Vaksin millətçiliyi böyük səhvdir”.

Ardını oxu »

İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib

İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə bildirib

Ardını oxu »

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 49-a çatıb

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 49-a çatıb <b style="color:red"></b>

İsrailin raket zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 43-ə çatıb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 13-ü uşaqdır. Yaralıların sayının 269 nəfər olduğu qeyd olunub.

“Haaretz”in məlumatına görə, HAMAS-ın tank əleyhinə raket zərbəsi nəticəsində yaralanan üç nəfərdən biri ölüb, bununla da İsrail tərəfdən ölənlərin sayı 6-ya çatıb.

Ardını oxu »

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub<b style="color:red"></b>

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

525.az bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.

Ardını oxu »

Prezident və birinci xanım “Xarıbülbül” festivalının açılışında

Prezident və birinci xanım “Xarıbülbül” festivalının açılışında <b style="color:red"></b>

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.

Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi

Ardını oxu »

“Ermənistanla münasibətlərin normallaşması barədə danışa bilərik”

“Ermənistanla münasibətlərin normallaşması barədə danışa bilərik”<b style="color:red"></b>

“Həqiqətə biz hesab edirik ki, doğrudan da unikal situasiya yaranıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib”.

525.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, işğal faktı ortadan qalxdığı üçün biz artıq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması barədə danışa bilərik:

Ardını oxu »

Gürcüstan Baş naziri Paşinyanla görüşdü

Gürcüstan Baş naziri Paşinyanla görüşdü<b style="color:red"></b>

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyası məlumat yayıb.

Bildirilib ki, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı tərəflər iki ölkə arasında mədəni, ticari, iqtisadi, nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlıqla bağlı müzakirələr aparıblar. Qeyd olunub ki, görüş zamanı bölgədə sülh, stabillik və regional inkişafın önəmi vurğulanıb.

Ardını oxu »

“Şuşada ucaldılacaq məscid şəhərə dominant kimi hakim olacaq”

“Şuşada ucaldılacaq məscid şəhərə dominant kimi hakim olacaq” <b style="color:red"></b>

Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib:

– Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 189
  • 28
  • 3,352
  • 65,092
ILK-10 Azeri Website Directory