May 13, 2021

Şuşada bayram namazı qılınıb

 İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra mayın 13-də ilk dəfə Ramazan bayramı namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Ardını oxu »

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı açıqlama

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı açıqlama<b style="color:red"></b>

“Laçın dəhlizi”ndə patrul xidməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi tərəfindən aparılır.

525.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunur ki, Rusiya sülhməramlıları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, “Laçın dəhlizi” boyunca ərzaq məhsulları və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər.

Ardını oxu »

Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib

Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, liderlər Qəzza zolağında baş verən hadisələri və koronavorusa qarşı “Sputnik V” vaksinin Türkiyəyə çatdırılması məsələsini müzakirə ediblər.

Ardını oxu »

İlham Əliyev Yuxarı Gövhərağa məscidində olub – Yenilənib

İlham Əliyev Yuxarı Gövhərağa məscidində olub - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

525.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verildi.

Ardını oxu »

Ceyhun Bayramov Lavrovla müzakirə etdiyi məsələləri açıqladı

Ceyhun Bayramov Lavrovla müzakirə etdiyi məsələləri açıqladı<b style="color:red"></b>

“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi, çox geniş müzakirə keçirildi, ölkələr arasında bir çox məsələlərə aydınlıq gətirildi”.

525.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı S. Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, regional məsələlər bugünkü görüşdə də müzakirə edilib:

Ardını oxu »

Qazaxıstan Prezidenti Azərbaycan xalqını təbrik etdi

Qazaxıstan Prezidenti Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b>

Mayın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

525.az xəbər verir ki, Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Ardını oxu »

Mehriban Əliyeva Şuşadan Ramazan bayramı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Şuşadan Ramazan bayramı ilə bağlı paylaşım edib - <b style="color:red"> Foto</b>

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan rəsmi “İnstagram” hesabında bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

525.az xəbər verir ki, məlumatına görə,paylaşımda deyilir:

“Əziz həmvətənlər! Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Ardını oxu »

“Xarıbülbül” musiqi festivalı başa çatdı -Yenilənib

“Xarıbülbül” musiqi festivalı başa çatdı - <b style="color:red">Yenilənib/Video</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.

Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.

Ardını oxu »

Ramazan münasibətilə bayram namazı qılınıb

Ramazan münasibətilə bayram namazı qılınıb<b style="color:red"></b>

“Təzəpir” məscidində bayram namazı başa çatıb.

525.az-ın məlumatına görə, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

***

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 136
  • 22
  • 3,299
  • 65,039
ILK-10 Azeri Website Directory