May 15, 2021

Bu gün şəhid Yusifov Münasib Mübariz oğlunun doğum günüdür

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı, YAP Tovuz Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və fəal gənclər Şəhid əsgər Yusifov Münasib Mübariz oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhidimiz Yusifov Münasib Mübariz oğlu 14 may 2000-ci ildə  Tovuz rayonunun Yuxarı  Öysüzlü kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissədə  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Əsgər Yusifov Münasib 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın  və Şuşanın  azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Noyabrın 6-da 2020-ci il tarixdə Şuşa şəhəri  uğrunda gedən  döyüşlər zaman qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Ardını oxu »

Sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb

Sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb<b style="color:red"></b>

Rusiya sülhməramlıkontingenti Azərbaycan və Ermənistan tərəfləri arasındakı ayrılma xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

525.az APA-ya istinadən xəbər verir ki, “Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Ardını oxu »

Müdafiə naziri Qarabağda yeni hərbi hissələrin açılışında

Müdafiə naziri Qarabağda yeni hərbi hissələrin açılışında - <b style="color:red">VİDEO</b>

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

525.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki,Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Ardını oxu »

Ceyhun Bayramov sərhəddəki gərginliklə bağlı KTMT sədri ilə danışdı

Ceyhun Bayramov sərhəddəki gərginliklə bağlı KTMT sədri ilə danışdı<b style="color:red"></b>

Bu gün nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub.

525.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Ardını oxu »

Gəncə Hava Limanı uçuşları bərpa edib

Gəncə Hava Limanı uçuşları bərpa edib<b style="color:red"></b>

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.

525.az APA-ya istinadən xəbər verir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub.

Aeroportdan bildirilib ki, Hava Limanında sərnişinlərin yoxlanılması üçün tibb məntəqəsi yaradılıb. Hava Limanına daxil olunan sərnişinlər tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə müayinə olunurlar. Həmçinin maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılır.

Ardını oxu »

Prezident Qəbələdə 1 saylı orta məktəbdə və Cotari kilsəsində – Yenilənib

Prezident Qəbələdə 1 saylı orta məktəbdə və Cotari kilsəsində - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

525.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəldilər.

Məlumat verildi ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.

Ardını oxu »

İsrailə uçuşlar dayandırıldı

İsrailə uçuşlar dayandırıldı<b style="color:red"></b>

Bütün xarici aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları dayandırıb.

525.az xəbər verir ki, məlumata əsasən, aviaşirkətlər Qəzza zolağından davam edən raket hücumlarını nəzərə alaraq təhlükəsizlik səbəbi ilə uçuşları dayandırıblar.

Ardını oxu »

Misirin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə verməyib

Misirin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə verməyib<b style="color:red"></b>

Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Təl-Əvivə və Qəzaya səfərdən qayıdıb.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini bildirib.

Diplomatik mənbənin bildirdiyinə görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 271
  • 100
  • 13,973
  • 52,522
ILK-10 Azeri Website Directory