May 16, 2021

İsrail ordusu HƏMAS liderlərinin olduğu yerləri raket atəşinə tutdu

İsrail ordusu HƏMAS üzvlərinin evlərinə və ofslərinə raket zərbələri endirib.

Bu barədə İsrail ordusunun saytında məlumat verilir.

Hərbçilər Fələstin təşkilatı Siyasi bürosunun planlaşdırma və inkişaf şöbəsinin müdiri Samah Saraqanın ofisinə, Qəzza zolağındakı HƏMAS batalyonlarından birinin komandiri Yusif Əbdül-Vəhabın və silah tədarükçüsü Əhməd Abd əl-ər-Rəfahın evinə hücum ediblər.

Ardını oxu »

Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddialarına, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialarına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva deyib: “Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib. Əvvəlcə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır.

Ardını oxu »

Sabahdan məktəblər açılır

Sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.

Adalet.az xəbər verir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Ardını oxu »

Xatirəyə dönmüş ömür…

Burdan bir atlı keçdi,
Atın oynatdı , keçdi,
Gün kimi şəfəq saçıb,
Ay kimi batdı keçdi.

Ürəyimdən keçən fikirləri qələmə alanda yadıma düşən ilk söz böyük şairimiz Səməd Vurğunun aşağıdakı misraları oldu:

Ardını oxu »

Sahibə Qafarova İtaliyaya səfərə gedir

    

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedir.

Adalet.az-ın məlumatına görə, səfər sabah – mayın 17-də baş tutacaq.

Ardını oxu »

“Türk dünyasının coğrafiyası və etnosu” -Təqdimat konfransı

“Türk dünyasının coğrafiyası və etnosu” - <b style="color:red">Təqdimat konfransı </b>

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən virtual konfransda Coğrafiya İnstitutu alimlərinin hazırladıqları “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi geniş ictimaiyyətə təqdim edilib. 

525.az-a verilən məlumata görə, təqdimat-konfransda Azərbaycan mütəxəssisləri ilə yanaşı müxtəlif türkdilli ölkələrdən olan tədqiqatçılar da iştirak ediblər.

Ardını oxu »

Ordu təlimləri başlayıb

Ordu təlimləri başlayıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

525.az-ın xəbərinə görə, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Ardını oxu »

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

Vüqar Səfərlinin həbs müddəti uzadıldı<b style="color:red"></b>

Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və“Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

525.az APA-ya istinadən xəbər verir ki, prosesdə təqdimat təmin edilib.

V. Səfərli və N. Məmmədovun barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Ardını oxu »

Nə zaman açıq havada maskasız gəzə bilərik? – Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda yoluxma tempi aşağı düşüb və bu da əlbəttə ki, həyata keçirilən karantin tədbirlərinin nəticəsidir: “Eyni zamanda, vaksinasiya prosesi gedir, ancaq zəif gedir. Hesab edirəm ki, vaksinasiya prosesini bir az sürətləndirmək üçün tədbirlər görülməlidir, həm vətəndaşlarımız məsuliyyəti artırılmalıdır, həm də hökumət qurumları bu işdə fəallıqlarını artırmalıdırlar.

Ardını oxu »

Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır

Türkiyədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sərt qapanma rejiminə bəzi yumşalmalar edilib.

Adalet.az-ın məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi müvafiq qərar verib.

Qərara əsasən, mayın 17-dən etibarən virusa qarşı vaksinin hər iki dozasını qəbul etmiş 65 yaşdan yuxarı şəxslər açıq havaya çıxa biləcək.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 235
  • 87
  • 13,937
  • 52,486
ILK-10 Azeri Website Directory