May 17, 2021

Prezidentin Mətbuat Xidmətinin məlumatı


Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.

Ardını oxu »

Samux: Rayonda şəhid ailələri ziyarət olunur

Samux rayon Qovlarsarı kəndindən olan Vətən müharibəsi şəhidi Namazov Elməddin Nəsib oğlunun ailəsi ziyarət olundu. Namazov Elməddin Nəsib oğlu 44 günlük Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

27 oktyabr  2020-ci il tarixdə  torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Gəncə şəhərində dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Ardını oxu »

Qəbələdə yol tikintisi üçün 5 milyon manat ayrılıb

Qəbələdə yol tikintisi üçün 5 milyon manat ayrılıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Ardını oxu »

DİN-dən azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndadşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az -a verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Ardını oxu »

Toyların keçirilməsi hansı halda mümkün ola bilər? – Komitə sədri açıqladı

Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlamalı və elan etməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur, ona görə də cəmiyyət yeni qaydalarla yaşamağa alışmalıdır:

“Amma insanların müəyyən arzuları var, yaşları ötür, planları dəyişir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müəyyən normativlər hazırlanmalıdır.

Ardını oxu »

“Fransanın mesajları vəziyyəti daha da gərginləşdirir”

“Fransanın mesajları vəziyyəti daha da gərginləşdirir”<b style="color:red"></b>

“Son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub. Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır, görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər”.

525.az xəbər verir ki, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edərkən bildirib.

Ardını oxu »

Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri Mərkəzin saytında verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytında öyrənə bilərlər.

Ardını oxu »

Avropa Komissiyası Azərbaycana 10 milyon avro ayırıb

Avropa Komissiyası Azərbaycana 10 milyon avro ayırıb<b style="color:red"></b>

Avropa Komissiyası Qarabağ münaqişəsindən əziyyət çəkənlərə humanitar yardım ayırıb.

525.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

“Cənubi Qafqazda dayanıqlılığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində Avropa Komissiyası Dağlıq Qarabağda və ətrafında baş verən son münaqişədən təsirlənən mülki əhaliyə yardım üçün bu gün daha 10 milyon avro dəyərində humanitar yardım ayırıb”, – deyə Avropa Komissiyasının məlumatında bildirilib.

Ardını oxu »

Xan Şuşinskinin qızı Şuşada ata evini tapdı -FOTOLAR

Xan Şuşinskinin qızı Şuşada ata evini tapdı - <b style="color:red">FOTOLAR</b>

Xalq artisti, muğam ustadı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva da illər sonra Şuşadakı ata yurduna qovuşub.

525.az xəbər verir ki, Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına görə Qarabağa səfər edən Xan Şuşinski Fondunun rəhbəri uzun illər davam edən həsrətdən sonra xarabalığa çevrilən evlərini ziyarət edib.

Ardını oxu »

Pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

Pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək<b style="color:red"></b>

 May ayının əvvəlindən başlayaraq Azərbaycanda COVID-19 pandemiyasının səngiməsi məhdudiyyətlərin yumşaldılmasına izin verəcək və bu da, öz növbəsində, iqtisadi bərpanı dəstəkləyəcək.

525.az-in məlumatına görə, bu barədə Dünya Bankının iqtisadçıları bildirir.

Azərbaycanda 50 min manatadək olan kotirovka sorğusu yalnız elektron qaydada həyata keçiriləcək
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 52 mln. dollar cəlb edib

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 189
  • 28
  • 3,352
  • 65,092
ILK-10 Azeri Website Directory