May 19, 2021

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər

İsrail-Fələstin silahlı qarşıdurmasını dinc məcraya yönəltmək mümkün olmur

Bəşəriyyət yeni tip koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda İsraillə Fələstin arasında növbəti silahlı münaqişənin şahidi olmaq məcburiyyətində qalmışdır. Qanlı qarşıdurma artıq on gündür davam edir. Münaqişənin tərəflərindən heç biri qılıncı qına qoymaq barədə düşünmür. Yaxın Şərqin yenidən qan gölünə çevrilməməsi üçün müxtəlif səviyyələrdə göstərilən səylər nəticəsiz qalır. Ölənlərin və yaralananların sayı gündən-günə artır, dağıntıların miqyası böyüyür.

Ardını oxu »

Tovuzda tütünçülüyün inkişafı diqqətdə saxlanılır

İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafına Tovuz rayonunda diqqətlə yanaşılır. Xüsusilə son illər tütünçülüyün inkişafına yaradılmış şərait sahibkarların bu sahəyə marağını xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, təkcə keçən il rayonda 50 hektar sahədən 77,2 ton məhsul götürülmüşdür.

Cari mövsümdə də tütünçülər əkin sahələrini bir qədər genişləndirərək 130 hektara çatdırmağı qarşılarına məqsəd qoymuşlar ki, bu da ötən ildəkindən 80 hektar çoxdur. Hazırda istixana şəraitində yetişdirilmiş tütün şitilləri sahələrə köçürülür. Mayın 15-dək müasir texnikalardan istifadə etməklə 24 hektar sahəyə “Virciniya” sortlu tütün şitilləri əkilmişdir. İlkin olaraq mövsümi işlərə 60 nəfərdən artıq  işçi cəlb olunmuşdur.

Ardını oxu »

Böyük inkişafın Naxçıvan reallıqları

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin II Qarabağ – Vətən müharibəsində xalqımıza qazandırdığı tarixi Zəfər ölkəmizin bütün çoxəsrlik inkişaf tarixi ərzində əldə edilmiş ən parlaq Qələbədir, misilsiz hadisədir. Bu mühüm hərbi-siyasi Zəfərin qazanılması haqqında ilk tarixi bəyanatı Azərbaycan xalqına çatdırmaq missiyasını böyük şərəf hissi ilə yerinə yetirən Qalib Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi sərrast Qələbə raportu dünya azərbaycanlıları ilə birlikdə bütün Azərbaycan xalqına ünvanlanmış ən böyük əvəzsiz müjdə idi.

Ardını oxu »

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb

17-23 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Türk ədəbiyyatı həftəsi” keçirilir.

“Türk ədəbiyyatı həftəsi”nin açılışında Türkiyə Cümhuriyyətinin və Qazaxıstan Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, türk dünyasının iş qurumları, elm adamları və media mənsubları iştirak ediblər.

Ardını oxu »

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1.  Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin,

Ardını oxu »

Goranboy: Həmyerlimiz Beynəlxalq Musiqi Müsabiqəsində Qrand-Prix mükafatına layiq görüldü

Goranboy rayonu Xan Qərvənd kənd Uşaq Musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Abbasova İnci Əvəz qızı, 01 mart-15 aprel 2021-ci il tarixlərdə İsrailin Yerusəlim şəhərində keçirilən, 300-ə yaxın musiqiçinin iştirak etdiyi “Müqəddəs torpaq” adlı Beynəlxalq Musiqi Festifalında Qrand-Prix mükafatına laiq görülmüşdür. Həmyerlimiz İnci Avvasova bundan əvvəl  Ukraina, Rusiya, İtaliya, Türkiyə, Fransa, Polşa, İsveçrə və İngiltərədə keçirilən online müsabiqələrdə də 1-ci və 2-ci yerlərin qalibi olmuşdur.

Ardını oxu »

Mövlud Çavuşoğlu və Ceyhun Bayramov telefonla danışıb -Yenilənib

Mövlud Çavuşoğlu və Ceyhun Bayramov telefonla danışıb - <b style="color:red">Yenilənib</b>

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Ardını oxu »

Azərbaycan əhalisinin sayı artıb

2021-ci il 01 aprel vəziyyətinə, Azərbaycanda əhalinin sayı 10 milyon 130,1 min nəfər təşkil edib.

Adalet.az-ın məlumatına görə, ötən illə müqayisədə əhalinin sayı 0.5 faiz artıb.

Ardını oxu »

Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir – Rusiyalı ekspert

Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir və əsasən gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən proseslərlə əlaqəlidir.

Bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin deyib.

S.Pritçin bildirib ki, ölkədəki əsas müxalif qüvvələr Nikol Paşinyana qarşı vahid cəbhədə çıxış etmək niyyətindədir:

“Hələlik bu, tam şəkildə alınmır, müxalifət daxilində ziddiyətlər kifayət qədər çoxdur”.

Ardını oxu »

Sarkisyan Rusiyadan əliboş qayıtdı – Heç kim onunla görüşmədi

Ermənistan mətbuatı prezident Armen Sarkisyanın Rusiya səfərini tənqid edib.

Azvision.az xəbər verir ki, yerli media 6 gün Rusiyada işgüzar səfərdə olan Sarkisyanın rəsmi şəxslər tərəfindən qəbul edilməməsini müəmmalı məqam kimi qiymətləndirib.

“Ermənistan prezidenti Rusiyaya səfəri zamanı hansısa bir rus məmurla görüşə bilərdi. Amma kimsə ilə görüşmədi, qarşı tərəf də ölkəmizdə hazırkı vəziyyətlə maraqlanmadı. Üstəlik, Geqarkunik və Sünik yüksəkliklərində durumun gərgin olduğu bir vaxtda prezident “Skolkovo” innovasiya mərkəzini ziyarət edərək “Yandex”in ofisində gəzdi. Ermənistana qayıtdıqdan sonra Armen Sarkisyan dünən opera müğənnisi Hasmik Qriqoryana dövlət mükafatını təqdim edib. Əslində hansısa dövlət qurumunun şöbə müdirinin gündəlik işini xatırladan bu fəaliyyətlər, 7 gündür sərhədində problem yaranmış ölkənin prezidentin “iş görüşmələri” ilə bağlı hadisələr idi”, – deyə erməni KİV-ləri yazıb.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13
  • 7
  • 14,697
  • 40,277
ILK-10 Azeri Website Directory