May 20, 2021

Azərbaycan əhalisinin sayı 10 milyon 130 min 114 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 981 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 130 min 114 nəfərə çatıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ardını oxu »

Ermənistanda seçkiqabağı qarşılıqlı ittihamlar kəskinləşir

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi proeslər daha kəskin xarakter almağa başlayır. Təhlillər göstərir ki, ölkədəki siyasi qüvvələr hazırda xalq arasında o qədər də böyük dəstəyə malik deyillər. Elə bu səbəbdən də onlar bir-birilərinə qarşı müxtəlif ittihamlar səsləndirərək gündəmdə qalmalarını təmin etməyə çalışırlar.

Bu xüsusda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan müxtəlif siyasi qüvvələr tərəfindən ciddi ittiham hədəfidir. Hətta bu günlərdə erməni mediası belə bir iddia səsləndirmişdi ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan yaxın günlərdə gizli şəkildə ABŞ-a gedəcək. “Məlumatı və səfərin detallarını gizli saxlamağa çalışırlar. Akopyanın budəfəki Amerika səfəri erməni icması ilə təmaslara hesablanmayıb. O, sorosçular, hətta Suriya icmaları ilə görüşlər keçirəcək, onların ölkəsi ilə bağlı gələcək planlarını öyrənəcək.

Ardını oxu »

Regionların tərəqqisi üçün yeni imkanlar yaranıb

İlham Əliyevin bölgələrin davamlı inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verir

Postmüharibə dövründəyik. Qələbəmizlə başa çatan İkinci Qarabağ savaşından sonra yaranan reallıqlar fonunda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Milli Prioritetlər – müasir inkişaf modeli qarşıdakı illərdə hərtərəfli yüksəlişin təmini üçün mühüm yol xəritəsidir. Bu prioritetlərin uğurlu icrası Azərbaycana növbəti 10 ildə daha böyük siyasi-iqtisadi uğurlar qazandıracaq.

Ardını oxu »

Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Ardını oxu »

Leyla Abdullayeva: Hindistan XİN-in Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrlə bağlı açıqlaması məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasını şərh edib.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib: “İlk növbədə, vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır.

Ardını oxu »

Zəlimxan Yaqubun ” Qarabağ şikəstəsi” kitabı işıq üzü görüb

“Elm və təhsil” nəşriyyatında mərhum şair  Zəlimxan Yaqubun ” Qarabağ şikəstəsi” kitabı işıq üzü görüb. 

İşğal altındakı torpaqlarımızın azad olunduğunu görmək ən böyük arzusu olan Xalq şairi Zəlimxan Yaqubun bu kitabına Qarabağ müharibəsi mövzusunda yazdığı şeirlər və bu mövzudakı 11 poeması daxil edilib. 

Ardını oxu »

Pakistan və Azərbaycan birbaşa aviareyslərin açılmasını müzakirə edir

Pakistan və Azərbaycan iki ölkə arasında birbaşa aviareyslərin açılmasını müzakirə edir.

Adalet.az-ın məlumatına görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye öz “Twitter” səhifəsində yazıb.

Səfir bildirib kik, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovla görüşüb.

Ardını oxu »

Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalanacaq

Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalanacaq<b style="color:red"></b>

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədin imzalanacağını təsdiqləyib.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, hökumətin bugünkü iclasında N. Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında yeni sənəd imzalana bilər.

N. Paşinyanın sözlərinə görə, Azərbaycan razı olacaq təqdirdə, o, həmin sənədi imzalayacaq.

Ardını oxu »

Fransalı jurnalistlər Gəncədə

Fransalı jurnalistlər Gəncədə <b style="color:red"></b>

Fransanın KİV nümayəndələri Gəncəyə səfər ediblər.

525.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış

Ardını oxu »

Xalqın səsinə çevrilən misralar – Sabir Rüstəmxanlı – 75

Xalqın səsinə çevrilən misralar - <b style="color:red">Sabir Rüstəmxanlı - 75 </b>

Nadir RZALI

Hər dövrün öz ovqatı, öz ab-havası olur. XXI əsr, sözün əsl mənasında, insanı unutdurmağa cəhd edir. Sürətli inkişaf, texnologiyanın insan beyni səviyyəsinə qalxması, hətta bəzi məqamlarda üstələməsi, əksər sahələrdə kadrların çoxluğu və prosesin dinamik tempi bəzən imkan vermir ki, insanlar mütəmadiliyini, dayanaqlılığını qoruyub saxlasınlar. Ədəbiyyatda da belədir. Yeni imzalar oxunur, sevilir. Düzdür, ötən əsrlə müqayisədə ədəbi prosesdə durğunluq hökm sürür, amma bu o demək deyil ki, istedadlı qələm sahibləri yetişmir. Belə bir dövrdə, hətta qocaman yazarların belə poetik mətnin yeni forma və məzmunu ilə hesablaşdığı bir zamanda aktuallığı qoruyub saxlamaq, hələ də oxunaqlı olmaq, oxucular tərəfindən sevilmək çətin məsələdir. Azərbaycan ədəbiyyatının belə görkəmli simalarından biri də, indi də əsərləri ömrünün ən coşqun illərində olduğu kimi sevilən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 470
  • 171
  • 15,211
  • 46,433
ILK-10 Azeri Website Directory