May 21, 2021

Sahibə Qafarova: Üçtərəfli bəyanatın tələblərini yerinə yetirən Azərbaycan öz dövlət sərhədlərinin təmin edilməsində israrlı və əzmlidir

Bu günlərdə Azərbaycan nümayəndə heyəti İtaliyada səfərdə oldu. Hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. 2018-ci və 2020-ci illərdə Azərbaycan və İtaliya dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 21-də keçirilən iclasında deyib.

İki ölkə arasında əlaqələrin inkişafında TAP layihəsinin əhəmiyyətini qeyd edən Milli Məclisin sədri rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İtaliya rəsmiləri ilə geçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən ətraflı söhbət edildiyini diqqətə çatdırıb.

Ardını oxu »

Yaraları sağaldır, qrip əleyhinə işlədilir, görmə qabiliyyətini artırır… Soğan şirəsinin bilmədiyimiz faydaları

Soğan şirəsi təbabətdə müxtəlif yaraları tez bitişdirib sağaldan, qrip əleyhinə, bəlğəmgətirən, sidikqovucu, işlətmə zamanı, babasilə qarşı dərman kimi məşhurdur. Bu şirədən müntəzəm istifadə etsəniz dişlərinizi möhkəmləndirər və saçlarınızın tökülməsinin qarşısını ala bilər.

Bunu AZƏRTAC-a biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Əsgərov soğan şirəsinin faydalarından danışarkən deyib.

Ardını oxu »

Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək

Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək<b style="color:red"></b>

Bizim ABŞ-la əlaqələrimiz Rusiya ilə əlaqələrimizdən daha az çoxşaxəlidir. Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz, demək olar ki, hər bir sahəni əhatə edir.

525.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

Ardını oxu »

İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib – Yenilənib

İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib.

525.az xəbər verir ki, britaniyalı naziri salamlayan Prezident İlham Əliyev dedi:

– Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir.

Ardını oxu »

Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldılıb

Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldılıb<b style="color:red"></b>

Yevlax rayonunun Salahlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər  abidəsinin açılışı olub.

525.az-a verilən məlumata görə, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə Şəhidlər abidəsini ziyarət edib,  abidə önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu »

Şuşa haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq

Şuşa haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq<b style="color:red"></b>

Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

525.az-ın məlumatına görə, layihə parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin mayın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Ardını oxu »

Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ardını oxu »

İlham Əliyev: “Ermənistan daim özünü qurban kimi göstərməyə çalışıb”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanla Ermənistan arasında barışığın təmin olunmasında mühüm rol oynaya bilər. Bu mərkəzin dialoq və sülhün, mədəniyyətlərarası və dinlərarası münasibətlərin, əməkdaşlığın, tolerantlığın təşviqi baxımından zəngin təcrübəsi var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

Ardını oxu »

Prezident: “Sülh sazişi mümkündür”

Prezident: “Sülh sazişi mümkündür”<b style="color:red"></b>

“Mən tam əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq”.

525.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

Ardını oxu »

“İsrail HƏMAS-a güclü zərbələr endirdi”

"İsrail HƏMAS-a güclü zərbələr endirdi"<b style="color:red"></b>

“Qəzzadakı əməliyyat oyunun qaydalarını dəyişib”.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə yerləşən Kirya hərbi qərargahında çıxışında deyib.

O bildirib ki, Qəzza əməliyyatının hədəflərinə yüksək səviyyədə nail olunub.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 15
  • 8
  • 14,699
  • 40,279
ILK-10 Azeri Website Directory