May 24, 2021

Ölkəmizdə yaradılan yeni turizm strukturları bu sahənin inkişafını sürətləndirəcək

Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması bunu belə deməyə əsas verir

Azərbaycan qədim zamanlardan təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Hər bir ölkənin olduğu kimi, bizim vətənin də özünəməxsus təbii, yeraltı və yerüstü sərvətləri var. Ümumiyyətlə, təbii sərvət dedikdə, insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdikləri bütün təbiət komponentləri başa düşülür.

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun ölkəmizdə olması da təbii sərvətlərimizi zənginləşdirən amillərdəndir. Zənginliyinə görə Azərbaycan ərazisi mineral sular muzeyi adlandırılır. Respublikanın mineral-xammal bazası təkcə karbohidrogen ehtiyatları ilə bitmir. Ölkənin 450-dən artıq qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları, palçıq vulkanları və s. ehtiyatları var. Təbii sərvətimiz olan neft və qaz isə respublikamıza dünya şöhrəti qazandırmışdır.

Ardını oxu »

Samux: Rayonda orta aylıq əməkhaqqı 453,7 manat olmuşdur

Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.                                                            
2021-ci ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5367 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 7305054,0 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının  məbləği 453,7  manat  olmuşdur. 2021-ci ilin yanvar –mart ayları ərzində muzdla çalışan qadınların faktiki orta sayı 3012 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun  məbləği 3978538,2 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 440,2  manat olmuşdur.

Ardını oxu »

Qarabağda minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub.

Adalet.az-ın məlumatına görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2,9 milyon manat sərf olunub.

Ardını oxu »

Tahir Salahovla vida mərasimi keçirilir -Yenilənib

Tahir Salahovla vida mərasimi keçirilir - <b style="color:red">Yenilənib</b>

Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilir.

525.az-ın məlumatına görə o, birinci Fəxri Xiyabanda dəfn olunur.

Dəfn mərasimində Xalq rəssamının ailə üzvləri, yaxınları, mədəniyyət naziri Anar Kərimov, incəsənət və mədəniyyət nümayəndələri iştirak edirlər.

Onun məzarı görkəmli alim Lütfi Zadənin məzarı yanında yerləşir.

Qeyd edək ki, Tahir Salahov mayın 21-də müalicə olunduğu Almaniyada vəfat edib. 

Ardını oxu »

“Çin-Azərbaycan münasibətlərində inkişaf müşahidə olunur”

"Çin-Azərbaycan münasibətlərində inkişaf müşahidə olunur"<b style="color:red"></b>

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir.

525.az xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubunda yer alıb.

Məktubda daha sonra deyilir:

Ardını oxu »

Tükriyə ilə Azərbaycan arasında medianın inkişafının yeni bir mərhələsi başlayır – Əflatun Amaşov

Bu gün Tükriyə ilə Azərbaycan arasında medianın inkişafının yeni bir mərhələsi başlayır və mən burada hər kəsə uğurlar arzulayıram.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zaman deyib.

Ardını oxu »

Ağdamın işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Ağdamın işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi təyin edilib<b style="color:red"></b>

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

525.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Ardını oxu »

Milli Məclisə növbədənkənar seçkilərə xərclənən vəsait

Milli Məclisə növbədənkənar seçkilərə xərclənən vəsait<b style="color:red"></b>

Keçən il Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi və bununla əlaqədar bəzi tədbirlərin maliyyə təminatı üçün xərclənən vəsait açıqlanıb.

525.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Ardını oxu »

Moskvada Rusiya mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib

Moskvada Rusiya mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib<b style="color:red"></b>

Moskvada Rusiya mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.

525.az xəbər verir ki, nümayəndə heyətinə nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Acalova, kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Əziz Qarayusifli daxildir.

Görüş iştirakçıları görkəmli rəssam Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ardını oxu »

“ABŞ münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir”

“ABŞ münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir”<b style="color:red"></b>

“ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq”.

525.az xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda ifadə edib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 25
  • 12
  • 14,709
  • 40,289
ILK-10 Azeri Website Directory