May 25, 2021

Rayon avtobusları bərpa olunur

Mayın 31-dən rayonlara avtobusla gediş-gəliş bərpa olunur. Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ardını oxu »

Gürcüstan Azərbaycanla sərhədi açır

Gürcüstan iyunun 1-dən etibarən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açır.

Adalet.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş nazir yanında Koronavirusla mübarizə üzrə qurumlararası şurasının qərarında deyilib.

Qeyd olunur ki, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlı idi.

Ardını oxu »

Tovuz kümçüləri bu il bol məhsul əldə edəcəklərinə əmindirlər

Dövlətin baramaçılığın inkişafına verdiyi dəstəkdən yararlanan rayonlardan biri də Tovuzdur. Rayonda son illər bu gəlirli sahəyə maraq xeyli artıb. Cəmi 30-40 gün çəkilən əziyyətin bəhrəsini görən sakinlər ildən-ilə daha çox barama istehsal etməyə həvəs göstərirlər.

Hazırda ölkənin hər yerində olduğu kimi, Tovuzda da kümçülər gərgin iş rejimi ilə işləyirlər. Götürülmüş barama qurdlarının bəslənməsi və yemlə təmin olunması prosesi gedir. Xüsusilə qapalı şəraitdə saxlanılan barama qurdlarının yem təchizatının vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu »

Yaşıllıq gizlədir xarabalığı…İradə Tuncay yazır

Quzanlını görmüsüz? Kimin oralarda işi olubsa, ya da savaş vaxtı oralara köç etməyə məcbur olubsa, təbii ki,görüblər. Mən bu gedişimdə yenidən gördüm. Böyük, təmiz, səliqəli, şəhər tipli qəsəbə… Yeni şəhərdi əslində. Yeni Ağdam…Elə əvvəlkinə bənzəyir. İsrar eləmirəm. Təəssüratımı bölüşürəm. Ordan yol alıb köhnə şəhərə gedəndə, yəni olmayan şəhərə gedəndə müharibə deyilən ağrını ilk kilometrdə hiss edirsən. Pafos-flan olmadan deyirəm. Əvvəl tanımırsan, sonra cəngəllikdən çıxıb dağılmış yollarla daralmış, suyu sıxılmış, kiçilmiş bir məkana qədəm qoyursan… Göz baxdıqca dağıntı görürsən. Yaz vaxtıdır, yaşıllıq artıb və bu yaşıllıq sanki gizlədir xarabalığı… Utanır elə bil, ev yiyəsi… Neyləmək olar? Reallıq budur…

Abad görünən Quzanlıdan viranə Ağdama keçirsən, ordan Şahbulaq qalasına yol alırsan. Az əvvəl Şahbulaq qalasında erməni qızları şou göstərirdi, görmüşdük o görüntüləri…

Ardını oxu »

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb (FOTO)

Bu gün Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb və bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.

Ardını oxu »

Türkiyədən Çinə Azərbaycan vasitəsilə daha iki yük qatarı hərəkət edəcək

Türkiyədən Çinə Azərbaycandan tranzitlə daha iki ixrac yük qatarı hərəkət edəcək.

Adalet.az bu barədə Türkiyə Dövlət Dəmir Yolları idarəsinə istinadən məlumat verir.

41 konteynerdən ibarət yük qatarları Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə çatacaq.

Ardını oxu »

Mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək

Mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ardını oxu »

İyunun 10-dan iri ticarət mərkəzləri açılacaq

İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.

Ardını oxu »

Yaqut Qarayeva: Yanvardan bu günədək 1 milyona yaxın vətəndaşımızda peyvənd vasitəsilə immunitet formalaşıb

Bir il ərzində ölkəmizdə koronavirusa 300 mindən çox yoluxma qeydə alınıb. Yəni 300 mindən çox vətəndaş canlı virusla qarşılaşıb və immunitet qazanıb. Yanvardan bu günədək isə 1 milyona yaxın vətəndaşımızda peyvənd vasitəsilə immunitet formalaşıb.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Ardını oxu »

Şuşa muzeyləri – Yaddaş

Şuşa muzeyləri - <b style="color:red">Yaddaş </b>

Muzeylər tarixin, ötən əsrlərin müəyyən hadisələrini özündə yaşadan, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Eyni zamanda, yerləşdiyi rayon, şəhər, qəsəbə və kəndlərin həyatı və təsərrüfatı, mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaradır.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşada da çoxlu muzeylər var idi. Əbəs yerə deyil ki, onu “muzeylər şəhəri” adlandırırdılar. Məsələn, şəhərdəki Tarix Muzeyi diyarın keşməkeşli və şanlı tarixinə güzgü tutur, Dərman Bitkiləri Muzeyi təbiətin bir çox sirlərini açır, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri milli mədəniyyətimizin tanınmış və məşhur simalarının həyat və yaradıcılığını əks etdirirdi. Qapıları şəhərə gələnlərin üzünə həmişə açıq olan Şuşa muzeyləri on minlərlə ziyarətçi və tamaşaçı qəbul edib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 474
  • 172
  • 15,215
  • 46,437
ILK-10 Azeri Website Directory