May 26, 2021

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Mövlud Çavuşoğlu Azərbaycana gələcək<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

Türkiyəli nazir qeyd edib ki, o, mayın 31-də Yunanıstana səfər edəcək və bu səfərin ardından Azərbaycana gələcək.

Ardını oxu »

“100 İLİN İŞIĞINDA KİTABININ TƏQDİMATI

Şəhər İcra Hakimiyyətində “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ali media mükafatları laureatı, “Tərəqqi” medallı yazıçı-jurnalist Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” kitabının təqdimatı keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Regional Bölməsinin sədri Fuad Əliyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, “Novosti Gyandi” qazetinin redaktoru İrina Kalaşnikova, struktur, müəssisə, təşkilat rəhbərləri və şəhərin ziyalıları iştirak ediblər.

Niyazi Bayramov çıxış edərək bildirib ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunub. Yeni nəşr sadəcə qəzetin deyil, eyni zamanda Gəncənin də bir əsrlik tarixinə işıq tutur. O qeyd edib ki,  “100 ilin işığında” kitabı ensiklopedik xarakter daşıyır və hər birimizin masaüstü kitabına çevriləcəkdir. Daha sonra icra başçısı Rəfiqə xanımı həm Baş redaktoru olduğu “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi, həm də müəllifi olduğu “100 ilin işığında” kitabının nəşri münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

Ardını oxu »

Bərdə, Tərtər və Ağcabədi rayonlarında qadın resurs mərkəzləri şəbəkəsinin yaradılması imkanları müzakirə olunub

Azərbaycanda fəaliyyət göstərən doqquz Qadın Resurs Mərkəzi gender bərabərliyinin təmin olunmasına və qadınların sahibkarlıq bacarıqlarının inkişafına xidmət edir, onlara sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə dəstək verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər mayın 25-də komitə sədri Bahar Muradovanın Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə səsləndirilib.

Ardını oxu »

Bərdə-Ağdam yolunun tikintisinə başlanılıb

Bərdə-Ağdam yolunun tikintisinə başlanılıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Dövlətimizin başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci kilometrlik arasında olan hissələrində tikinti işlərinə başlanılıb.

Ardını oxu »

“Sərhəddəki insidentlərin Qarabağ probleminə aidiyyəti yoxdur”

"Sərhəddəki insidentlərin Qarabağ probleminə aidiyyəti yoxdur"<b style="color:red"></b>

“Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu insidentin əsas səbəbi SSRİ dövründən miras qalan, Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır:

Ardını oxu »

İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək

İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək<b style="color:red"></b>

İyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Ardını oxu »

İri ticarət mərkəzlərində bunlara icazə verilməyəcək

İri ticarət mərkəzlərində bunlara icazə verilməyəcək<b style="color:red"></b>

İri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə icazə verilməyəcək.

525.az-ın məlumatına görə, bu, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda əksini tapıb.

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.

Ardını oxu »

Yaponiya İmperatoru İlham Əliyevi təbrik edib

Yaponiya İmperatoru İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Yaponiya İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram”.

Ardını oxu »

İdman zallarına kimlər daxil ola biləcək?

İdman zallarına kimlər daxil ola biləcək?<b style="color:red"></b>

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

525.az-ın məlumatına görə, bu, Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarda əksini tapıb.

Ardını oxu »

Yaxın günlərdə ali məktəblərə ərizə qəbuluna başlanılacaq

Yaxın günlərdə ali məktəblərə ərizə qəbuluna başlanılacaq<b style="color:red"></b>

Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq.

525.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 17
  • 9
  • 14,701
  • 40,281
ILK-10 Azeri Website Directory