May 27, 2021

Mayın 27-də Azərbaycanda koronavirusa qarşı 51 minə yaxın doza vaksin vurulub

Mayın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 903 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41421, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9482 nəfər olub.

Ardını oxu »

İlham Əliyev Türkiyənin təhsil nazirini qəbul edib – Yenilənib

İlham Əliyev Türkiyənin təhsil nazirini qəbul edib - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.

525.az xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.

Ardını oxu »

Vaşinqtonda Azərbaycanla bağlı bəyannamə imzalanıb

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə əlaqədar 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd edilib.

Vurğulanır ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır.

Ardını oxu »

Samux: Vətən müharibəsində yaralananlar ziyarət olundu

Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin gənc könüllüləri tərəfindən 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi. Samux şəhəri, Sərkar kəndi, Çobanabdallı kəndi və Qarabağlar kəndindən olmaqla 30-a qədər yaralı evində ziyarət olundu. Belə görüşlərin təşkil edilməsində məqsəd gənclər arasında azərbaycançılıq, vətənpərvərlik hisslərinin artırılması, yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir.

Ardını oxu »

XİN Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, cari il mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Ardını oxu »

Lukaşenko İlham Əliyevi təbrik edib

Lukaşenko İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb:

525.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ardını oxu »

Nizami Gəncəviyə həsr olunmuş vəsait təqdim olundu

Nizami Gəncəviyə həsr olunmuş vəsait təqdim olundu<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi “Azərbaycan və dünya poeziyasının qiymətli incisi – Nizami Gəncəvi” adlı metodik vəsaiti istifadəçilərə təqdim etdi.

525.az xəbər verir ki, poeziyası fikir və düşüncə baxımından zəngin bir ümman, mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan  dahi şəxsiyyət  Nizami Gəncəvidən bəhs edən vəsait iki hissədən ibarətdir.
 I hissə “Bədii sözün  tanrısı” adlanır və şairin həyat və yaradıcılığından bəhs edir. “Kamillik zirvəsində dayanan dahi-Nizami Gəncəvi” adlanan II hissədə isə şairin irsini oxuculara daha ətraflı çatdırmaq məqsədilə kitabxanalarda  təşkil olunacaq tədbirlərin ssenarisi verilmişdir.

Ardını oxu »

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin 04.05.2021-ci il tarixli 1328 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olundu.

Ardını oxu »

Poliklinikalardakı sıxlığın səbəbi

Poliklinikalardakı sıxlığın səbəbi <b style="color:red"></b>

Səhiyyə Nazirliyi poliklinikalardakı sıxlığa aydınlıq gətirib.

525.az xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Operativ Qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Qeyd olunub ki, problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:

Ardını oxu »

Makron soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib

Makron soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron Ruanda soyqırımına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf edib.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ruandanın paytaxtı Kiqalidə 250 mindən çox tutsinin dəfn olunduğu soyqırımı abidəsinin qarşısında çıxış edən E. Makron bildirib ki, Fransa uzun illər susmağı Ruandadakı həqiqətdən üstün tutub.

Fransa Prezidentinin Ruanda soyqırımına görə üzr istəməsi gözlənilir.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 39
  • 19
  • 14,723
  • 40,303
ILK-10 Azeri Website Directory