May 28, 2021

“Qarabağ Müharibəsi Qəhrəmanları” fonduna nəşrlər daxil olmaqda davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva tərəfindən “Gədəbəy rayonunun şəhidləri” (3 nüsxə) və “Gədəbəydə doğulan şairlər” (1 nüsxə) kitabları hədiyyə olunub. Şəhidlərin ölməz ruhuna ehtiram əlaməti olaraq çap olunmuş “Gədəbəy rayonunun şəhidləri” kitabında rayonun Milli Qəhrəmanları, I və II Qarabağ müharibəsi şəhidləri haqqında məlumatlar öz əksini tapıb.

Ardını oxu »

“Dövlət sərhədində möhkəmlənəcəyik, heç kim bizə təzyiq edə bilməz”

"Dövlət sərhədində möhkəmlənəcəyik, heç kim bizə təzyiq edə bilməz"<b style="color:red"></b>

“Biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik”.

525.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında deyib.

“Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm.

Ardını oxu »

Prezident Ağdamda Şahbulaq qalasında olub – Yenilənib

Prezident Ağdamda Şahbulaq qalasında olub - <b style="color:red">Yenilənib</b>

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

525.az-ın xəbərinə görə, dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib.

Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Ardını oxu »

Tbilisidə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisidə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb<b style="color:red"></b>

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

525.az-ın xəbərinə görə, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkənin paytaxtının ən hündür nöqtəsi sayılan Mtatsminda parkındakı televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Mavi, qırmızı və yaşıl rəngdə işıq saçan 275 metr hündürlükdəki nəhəng tikilini Tbilisinin ən ucqar nöqtələrindən də gözlə görmək mümkün olub.

Ardını oxu »

Rəcəb Tayyib Ərdoğan: Türkiyə iqtisadiyyatında ciddi canlanma gözlənilir

Türkiyəni siyasi, sosial və iqtisadi baxımdan ağır hesablar ödəməyə məcbur edən zərbələr seriyasında ilk olan 1960 çevrilişinin üzərindən 61 il keçməsinə baxmayaraq bu hadisə millətimizin qəlbində hələ də qanayan bir yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Demokratiya və Azadlıqlar Adasında rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxışı zamanı ifadə edib.

Ardını oxu »

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Los-Ancelesdə onlayn tədbir keçirilib

28 May – Respublika Günü Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ABŞ-ın tanınmış siyasi, ictimai xadimlərinin iştirakı ilə virtual şəkildə qeyd olunub. Sosial şəbəkələr üzərindən yayımlanan tədbirdə ABŞ-ın Qərb ştatlarının siyasi xadimləri, eləcə də nüfuzlu din və icma rəhbərlərinin təbrik mesajları nümayiş etdirilib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və ABŞ-ın himnlərinin səsləndirilməsindən sonra çıxış edən baş konsul, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev respublikamızın tarixində çox əlamətdar hadisə olan Cümhuriyyətin yaranması və onun nailiyyətləri haqqında danışıb.

Ardını oxu »

Parlamentin növbəti iclası mayın 31-də keçiriləcək

Parlamentin növbəti iclası mayın 31-də keçiriləcək<b style="color:red"></b>

“Milli Məclisin növbəti iclası mayın 31-də keçiriləcək”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Ardını oxu »

“Erməni kəşfiyyatının məqsədi təminat yolunu minalamaq olub”

"Erməni kəşfiyyatının məqsədi təminat yolunu minalamaq olub"<b style="color:red"></b>

“Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər.

Ardını oxu »

Naxçıvana avtobus xətləri tezliklə bərpa olunacaq

Naxçıvana avtobus xətləri tezliklə bərpa olunacaq<b style="color:red"></b>

Tezliklə Naxçıvan Muxtar Respublikasına müntəzəm avtobus xətləri bərpa olunacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Ardını oxu »

Regionlararası sərnişindaşıma əvvəlki tariflərlə həyata keçiriləcək

Regionlararası sərnişindaşıma əvvəlki tariflərlə həyata keçiriləcək<b style="color:red"></b>

Martın 31-dən Azərbaycanın 56 avtovağzal və avtostansiyasından regionlar üzrə 566 müntəzəm marşrut xətti ilə sərnişindaşımalar həyata keçiriləcək.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, marşrut xətləri üzrə 1 864 avtobus fəaliyyət göstərəcək.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 7
  • 4
  • 14,691
  • 40,271
ILK-10 Azeri Website Directory