May 30, 2021

İnsan maksimum neçə il yaşaya bilər

Alimlər hesab edirlər ki, insanlar heç vaxt 150 ildən artıq yaşaya bilməyəcəklər. “Daily Mail” qəzetində işıq üzü görmüş məqalədə bildirilir ki, biologiya və biofizika sahəsində ekspertlər Böyük Britaniya və ABŞ-dan olan yüz minlərlə könüllünün DNT-sini və tibbi məlumatları süni intellekt sisteminə təqdim ediblər.

Bu, sadəcə, istifadəçi məlumatları daxil etməklə bioloji yaşlanmanın sürətini və həyatın maksimum müddətini dəqiq qiymətləndirən süni intellekt bazasında iPhone üçün bir əlavəni inkişaf etdirməyə imkan verib.

Ardını oxu »

ABŞ konqresmeni Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Stiv Şabot Azərbaycan Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın müstəqil ölkə kimi fəxarət dolu tarixə malik olduğu, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu diqqətə çatdırılır. Həmçinin ölkəmizin qadınlara səsvermə hüququ verən ilk dövlətlər sırasında olduğu vurğulanır.

Ardını oxu »

Ermənistanda siyasi böhranın seçkilərdən sonra da davam edəcəyi gözlənilir

Paşinyanla rəqiblərinin seçkiöncəsi qarşıdurması isə davam edir

Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam antoqonist xarakter almaqdadır. Tərəflərin biri-birlərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır.

Müxalifət mat vəziyyətindədir

44 gün davam edən Qarabağ müharibəsinin nəticələrini əsas götürən müxalifət etiraz aksiyaları təşkil edərək Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşmağa vadar edəcəyini düşünsə də, hadisələrin sonrakı gedişi bu qüvvələrin yanıldığını göstərdi.

Ardını oxu »

Azərbaycanın nümayəndə heyəti İrana səfərə gəlib

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.

Ardını oxu »

“Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

"Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq"<b style="color:red"></b>

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Ardını oxu »

“Əsas vəzifələrdən biri Böyük Qayıdışı təmin etməkdən ibarətdir”

"Əsas vəzifələrdən biri Böyük Qayıdışı təmin etməkdən ibarətdir"<b style="color:red"></b>

“Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş  ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 8
  • 5
  • 14,692
  • 40,272
ILK-10 Azeri Website Directory