İyun 2021

Hərbi cinayətlərdə ittiham edilən erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyunun 30-da Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Ardını oxu »

Rusiya və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

Adalet.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, tərəflər həm ikitərəfli, həm də beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Ardını oxu »

ABŞ HƏRBİ BAZASINA RAKET ZƏRBƏLƏRİ ENDİRİLDİ

  “Suriya telekanalının yaydığı məlumata görə Deyr-əz-Zor əyalətində, “Omar” neft yatağı yaxınlığında yerləşən hərbi bazasına raket zərbələri endirilib. Amerikanlar arteleriya atəşi ilə cavab veriblər.
 Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərlə söhbətində, raket zərbələri nəticəsində amerikan bazasında yerləşən iki binaya zərər dəyib. “Biz hələki dəyən ziyanı qiymətləndirməmişik” – deyə Kirbi bildirib.

Ardını oxu »

Cənnətin əbədi sakini Baxış Əsədov: Yurdunu sevən və sevdirən şəhidin ad günüdür

Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində bir kənd var, adı Birinci Yüzbaşılı! Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılıb.

Bu məlumat yəqin ki. çox soydaşımıza tanış deyil. Çoxları indiyə qədər Qarabağda- Ağdamda belə bir kəndin varlığından heç xəbəri də yox idi. Bəli bu ötən ilin sentyabrın 28-nə qədər beləydi. İndi bu kəndin balası şəhid Baxış Əsədova Birinci Yüzbaşılı kəndi bütün Azərbacana tanışdı, əzizdi.

Ardını oxu »

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir – VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

Ardını oxu »

Sahibə Qafarova Macarıstanın Baş naziri ilə görüşüb

Sahibə Qafarova Macarıstanın Baş naziri ilə görüşüb<b style="color:red"></b>

İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, S.Qafarovanı salamlayan Baş nazir Macarıstana rəsmi səfər gəldiyi üçün ona və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib.

Ardını oxu »

Baydenin siyahısı

Baydenin siyahısı<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Rusiya ilə əməkdaşlıq edə biləcəyi sahələri müəyyənləşdirib. Co Baydenin syahısının önündə nüvə silahının yayılmasının qarşısının alınması, iqlim dəyişikliyi ilə bağlı məsələlər öz əksini tapıb.

Məlum olduğu kimi, ABŞ nüvə silahının yayılmasına qarşı çıxış edir və hətta bu zaman dövlətlərə təzyiq göstərməkdən də çəkinmir. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət buna bariz nümunədir. ABŞ-da belə qənaət yaranıb ki, İran nüvə silahı yaratsa, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi də eyni niyyətə düşəcək.

Ardını oxu »

“Fransızlar çox təkəbbürlü idilər”

İsveçrə millisinin qapıçısı Yan Sommer  Avropa çempionatının 1/8 finalında Fransaya qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

O, komanda ilə qürur duyduğunu deyib: “Fransanı məğlub edə bildik. Buna valideynlərimin hüzurunda nail olmaq çox xoşdur. İnanılmaz komandaya qarşı oynadıq. Ancaq çox təkəbbürlü olduqları bir an var idi. Və özümüzə sona qədər mübarizə aparacağımızı söylədik”.

Ardını oxu »

Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin edib

İyunun 28-də Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

“Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin  moderatorluğu ilə keçirilib.

Ardını oxu »

İyulun 1-2-də növbəti imtahanlar keçiriləcək

İyulun 1-2-də növbəti imtahanlar keçiriləcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul tarixlərində növbəti imtahanlar keçiriləcək.

DİM-dən 525.az-a verilən məlumata görə, iyulun 1-2-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçiriləcək.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 478
  • 174
  • 15,219
  • 46,441
ILK-10 Azeri Website Directory