İyun 1, 2021

Milli Məclisin sədri Sahibə Qafarova Pakistanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Pakistan İslam Respublikasına işgüzar və rəsmi səfəri başlayıb. Mayın 31-dən başlayan səfər iyunun 4-dək davam edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Tahir Kərimli, deputat İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti ölkənin paytaxtı İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Konfransda Milli Məclisin sədri  çıxış edəcək.

Ardını oxu »

Yeni Qarabağın baş qurucusu

Həmişə Bakıdan səfərə çıxanda “Ağdama gedirik” desək də, əslində, Ağdamın Quzanlı qəsəbəsinə getmişik…

Bu dəfə isə, həqiqətən, Ağdam şəhərinə gedirdik!

Ulu Tanrıya dua edə-edə…

Bizə bu xoşbəxtliyi nəsib edən Müzəffər Ali Baş Komandan

İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq duyğuları ilə!..

Həm də qeyri-adi bir məramla…

Yeni tikiləcək Ağdam şəhərinin təməlqoyma mərasimində iştirak edəcəkdik!

Ardını oxu »

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.

Agentlikdən Adalet.az-a verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:

– mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

Ardını oxu »

Ermənistan XİN müavini də istefa verib

Ermənistan XİN müavini də istefa verib<b style="color:red"></b>

Ermənistan xarici işlər nazirinin müavini Qaqik Xalaçyan istefa verib.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da istefa verib.

Ardını oxu »

Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb<b style="color:red"></b>

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

525.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb.

Sədr qeyd edib ki, yaz sessiyasında 14 iclas keçirilib, 88 qanun və qərar, o cümlədən bir konstitusiya ilə bağlı qərar qəbul edib.

S. Qafarova vurğulayıb ki, koronavirus pandemiyasının törədiyi problemlərə baxmayaraq Milli Məclisin normal iş şəraiti qorunub saxlanıb.

Ardını oxu »

Paytaxt müəllimləri sertifikatla təltif edilib

Paytaxt müəllimləri sertifikatla təltif edilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri sertifikatla təltif edilib.

525.az xəbər verir ki, sertifikatlar Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində təbiət elmlərinə dair keçirilən təlimlərdə iştirak edən müəllimlərə verilib.

Qeyd edək ki, onlayn şəkildə təşkil olunan təlimlərin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Ardını oxu »

Yunus Əmrə zirvəsi – İsa Həbibbəyli yazır

Yunus Əmrə zirvəsi - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı 

Xalq yazıçısı Anara

Orta əsrlərdə ortaq ədəbiyyatdan anadilli ədəbiyyata doğru proses genişlənmiş və dərinləşmişdir. Böyük lirika ustadı Yunus Əmrə ortaq ümumtürk ədəbiyyatında keçid proseslərinin reallıqlarını əks etdirən görkəmli sənətkardır. Bu mənada Yunus Əmrənin Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Xalq yazıçısı Anarın yazdığı kimi – “Yunus Əmrəni Türk ədəbiyyatı tarixindən heç vəchlə çıxarmadan (bu, mümkün də deyil) Azərbaycan ədəbiyyatı tarixinə də qatmaq, onu ona mənsub olan yerdə təsdiq etmək bizim şərəf borcumuzdur”.

Ardını oxu »

Şuşa haqqında qanun qəbul edildi

Şuşa haqqında qanun qəbul edildi<b style="color:red"></b>

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.

525.az xəbər verir ki, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 153
  • 26
  • 3,316
  • 65,056
ILK-10 Azeri Website Directory