İyun 2, 2021

Şuşa dünyanın mədəniyyət incisinə çevrilir

Əkib-becərək ki, qoruyaq

Bir il əvvəl kimsə desəydi ki, gələn il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunacaq və Milli Məclis Şuşa şəhəri haqqında qanun qəbul edəcək, adama yuxu kimi gələrdi. İndi bu, yuxu deyil, reallıqdır – Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Ardını oxu »

Qarabağ sürətlə dirçəlir

Prezidentin müəllifliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz ən yüksək səviyyədə bərpa olunacaq

İşğaldan azad olunmuş bütün ərazilərimizdə böyük qələbənin təntənəsi yaşanmaqdadır. Düşmən tapdağından xilas olunub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, yeni layihələrin icrasına başlanılır.

Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir. Görünən odur ki, Qarabağa qayıdış proqramı ən qısa müddətdə icra olunacaq.

Ardını oxu »

Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başladı

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

Adalet.az-ın məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər.

Bəkir Şahin və Kamran Əliyev Nizami məqbərəsini ziyarət etdikdən sonra şəhərin mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyacaqlar.

Ardını oxu »

Ərdoğan Qarabağ məsələsi barədə: “Azərbaycan öz göbəyini özü kəsdi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub.

Efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə – ABŞ münasibətləri, qondarma “erməni soyqırımı”, həmçinin Qarabağ məsələsinə də toxunub.

R.T.Ərdoğan qondarma “erməni soyqırımı”nı ABŞ-la Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib.

Ardını oxu »

Ölkədaxili uçuşlar zamanı bu tələb ləğv edilidi – YENI QƏRAR

 Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.

Adalet.az xəbər verir ki, dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Ardını oxu »

Elgiz Əkbər ağladı:“O, mənə eybəcər dedi ”


Tanınmış aparıcı Elgiz Əkbər “Onun sirri” proqramında maraqlı bir açıqlama verib. O, ünvanına “eybəcər” sözünü deyən Xalq artistindən danışıb:”Bir adamı təhqir etmək olmaz. Xalq artisti haqqımda müsahibə verib, məni yıxıb sürüyüb. Bir adam da mənə zəng edib bunu demir. Qonşumuzda bir jurnalist yaşayır. Anamla atam evdə oturub, yaşlı adamlardır. Jurnalist gəlib qapını döyüb, başlayıb çox üzüldüm. Sizin oğlunuz haqda Xalq artisti müsahibə verib, nə günə qoyub. Anam təəccüblənib, oxuyub. Anam əlində qəzet, yaxınlaşıb yazıq atama. Oxuyub anam ağlayıb, atamın halı pisləşib “.

Ardını oxu »

Benzin bahalaşdı

Benzin bahalaşdı<b style="color:red"></b>

Azərbaycanda Aİ-95 (“Premium”) və Aİ-98 (“Super”) markalı avtomobil benzini bahalaşıb. Belə ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov 525.az-abildirib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır.

Onun sözlərinə görə, hər iki benzin növü ölkəyə idxal olunur:

Ardını oxu »

Mikayıl Cabbarov təhsil naziri ilə müzakirələr apardı

“İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Təhsil naziri Emin Amrullayevlə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq”.

Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter sosial şəbəkəsindəki hesabında bildirib.

Ardını oxu »

Sahibə Qafarova Özbəkistan parlamentinin Spikeri ilə görüşüb

Sahibə Qafarova Özbəkistan parlamentinin Spikeri ilə görüşüb<b style="color:red"></b>

İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildiriblər ki, görüşdə Spiker Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.

Ardını oxu »

Bekir Şahin Gəncədə olub

Bekir Şahin Gəncədə olub<b style="color:red"></b>

Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə ermənilərin raket atdığı ərazidə olub.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevlə birgə əraziyə gələn nümayəndə heyəti oraya baxış keçirib, erməni terroru qurbanlarının xatirəsini anıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 192
  • 28
  • 3,355
  • 65,095
ILK-10 Azeri Website Directory