İyun 3, 2021

Ağstafa: Gənclər COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesində fəal iştirak edir

Ağstafalı gənclər yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesində fəal iştirak edir və peyvənd olunmaq hüququna malik hər bir vətəndaşı sağlam gələcəyimiz naminə bu tədbirdə iştirak etməyə dəvət edir!
Ağstafada əhalinin COVİD-19 infeksiyası əlehinə vaksinasiyası  Rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinika şöbəsində həyata keçirilir.

Ardını oxu »

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib – Yenilənib

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib - <b style="color:red">Yenilənib</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəcək.

Ardını oxu »

Azərbaycan və Rusiya XİN-ləri siyasi məsləhətləşmələr keçirib

Azərbaycan və Rusiya XİN-ləri siyasi məsləhətləşmələr keçirib<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən 525.az-a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.

Ardını oxu »

Baş prokuror BMT-nin xüsusi sessiyasında iştirak edir

Baş prokuror BMT-nin xüsusi sessiyasında iştirak edir<b style="color:red"></b>

İyunun 2-də ABŞ-ın Nyu-York şəhərində hibrid formatda BMT Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) işə başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev təmsil edir.

Ardını oxu »

Makron Prezident İlham Əliyevi təbrik etdi

Makron Prezident İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

525.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularımı ünvanlayıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz.

Ardını oxu »

Ceyhun Bayramov ÜST-ün Azərbaycandakı rəhbərini qəbul edib

Ceyhun Bayramov ÜST-ün Azərbaycandakı rəhbərini qəbul edib<b style="color:red"></b>

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib.

Ardını oxu »

Rusiya səfiri Zəngəzurda olub

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzura -red.) səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Diplomat Gorus-Qafan magistral yolu boyunca qurulan postlarda Rusiya və Ermənistan sərhədçilərinin, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən vəzifələrin yerinə yetirməsi ilə tanış olub.

Ardını oxu »

Koronavirusa yoluxma sayı 172 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 172 milyon 426 min 494 nəfərə çatıb.

Adalet.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 706 min 563 nəfərdir. İndiyədək 155 milyon 60 min 668 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutkada 371 489 nəfər koronavirusa yoluxub, 8745 pasiyent dünyasını dəyişib.

Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqladılar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edildi.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olundu.

Ardını oxu »

Sürətin Azərbaycan zirvəsi

Bakı “Formula-1”in cari mövsümdə 6-cı mərhələsinə evsahibliyi edəcək

“Formula-1” yarışlarının təşkilində nümunə göstərən Azərbaycan builki turnir də daxil olmaqla, daha üç il planetin sürət paytaxtı olacaq. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən “Formula-1” qran-prisi  həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 236
  • 88
  • 13,938
  • 52,487
ILK-10 Azeri Website Directory