İyun 4, 2021

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Kot-d’İvuar hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və rifah arzulayıram.

Ardını oxu »

Bakı sürət yarışına hazırdır

Paytaxtda idman həyəcanı başlayır

Bakı ilk dəfə deyil ki, “Formula-1” yarışına evsahibliyi edir. Şəhər indiyədək dörd dəfə – 2016-2019-cu illərdə bolid pilotları arasında sürət mübarizəsinin şahidi olmuşdur. Birisi gün “Formula-1” üzrə 72-ci dünya çempionatının 6-cı mərhələsi – Azərbaycan Qran-prisi motoidman fanatlarının diqqətini özünə cəlb edəcək. Beləcə Odlar yurdu beynəlxalq idman ictimaiyyətinin ən çox maraqlandığı məkan olacaq.

Ölkəmiz milli müstəqilliyin bərpasından bəri evsahibi kimi mötəbər beynəlxalq idman tədbirlərinin təşkilində yetərli təcrübə toplamışdır.

Ardını oxu »

Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə

Siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyasını aparırlar. Bu, liderliyə hansı aspektdən və hansı sosial-siyasi kontekstdə yanaşmadan asılı olur.

Məsələn, liderliyin “Böyük insan”, “bayraqdar lider” (M.C.Hermann), “Ənənəvi lider”, “Rasional lider”, “Xarizmatik lider” (Maks Veber), “Əsl qəhrəman lider” (F.Nitsşe) və s. kimi xarakteristikaları mövcuddur. Hegel ideal lideri öz missiyasını dərk edən tarixi şəxsiyyət kimi təqdim edirdi. XIX əsr ingilis alimi Tomas Karleyl yazırdı ki, “dünya tarixi böyük insanların tarixidir” və “qəhrəmanlar mahiyyətə vara bilirlər”.

Ardını oxu »

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi başlayıb.

Adalet.az xəbər verir ki, elektron sənəd qəbulu prosesi iyunun 11-nə kimi davam edəcək.

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ardını oxu »

QIRĞIZISTAN – TACİKİSTAN SƏRHƏDDİNDƏ GƏRGİNLİK DAVAM EDİR

 RİA Novostinin məlumatına görə Qırğızıstan-Tacikistan sərhəddində gərginlik yenidən artmaqdadır. Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumatlara görə, “4 iyun saat 03.00 radələrində Tacikistan tərəfi Oş vilayəti,  Unji-Bulak Çon-Altay rayonu ərazilərinə yaxın, hələ müəyyənləşdirilməmiş hissəsində konteynerlər quraşdırır” -deyə agentliyə bildirilib. Bundan başqa həmin ərazilərdə Tacikistan hərbi qüvvələrinin yerləşdirilməsi də müşayyət olunur.

Ardını oxu »

Yaşadıqlarımın yuxulu mənzərəsi -Əbülfət MƏDƏTOĞLU yazır

Onu Allah, Sən və Mən görürük

Elə bil dünən idi… Elə bil heç nə baş verməmişdi… Elə bil nə o var idi, nə də mən… Elə bil ki, o da, mən də eyni anda, eyni məkanda dünyaya gəldik… Gəldik ki, bir-birimizi görək, tanıyaq, bir-birimizə güvənək və…  Birimiz o birimizi sevək!..

Bütün bunlar mənim təxminim idi, mənim düşüncəm idi. Mənim içimdən gəlib keçənlər və mənim yaşadıqlarım idi… Yəni ikimizdən biri olan mən bu cür düşünmüşəm, bu cür qəbul etmişəm, bu cür də düşünürəm və bu cür də düşüncələrim içərisində qəbul etidiyimlə yol gedirəm. Bu yolun adını kimsə bilmir… Allahdan və səndən başqa! Allah da, sən də bu adı kimsəyə deməyəcəksiz. Çünki onu deməyin də, bəyan etməyin də heç bir önəmi yoxdur. Ən azından ona görə ki, bu yolu mən gedirəm, səninlə birgə.

Ardını oxu »

Milli Məclisin növbədənkənar iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb.

Adalet.az-ın məlumatına görə, toplantı iyunun 8-də keçiriləcək.

İclasın gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Ardını oxu »

Əlillik yeni meyarlar üzrə təyin olunacaq – DETALLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

Nazirlikdən Adalet.az -a verilən məlumata görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,

Ardını oxu »

Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərilib

Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərilib<b style="color:red"></b>

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib.

525.az APA-ya istinadən xəbər verir ki, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib.

Ardını oxu »

“Mənə fəlsəfənin tarixi yox, tarixin fəlsəfəsi maraqlıdır” – Müsahibə

"Mənə fəlsəfənin tarixi yox, tarixin fəlsəfəsi maraqlıdır" - <b style="color:red">Müsahibə </b>

Tarixin canlı şahidlərinin var olması insanlar, xüsusən də, gənclər üçün çox əhəmiyyətlidir. Təcrübə hər zaman öz sözünü deyir.Həyatın qanunauyğunluqları, cəmiyyət, dünyada baş verən hadisələr, keçmiş və bu gün haqqında dərin mülahizələri yaşlı və intellektual nəslin şərhində dinləmək çox maraqlı və bir o qədər də lazımlıdır.Bugünkü müsahibimiz jurnalist, politoloq, filosof, ictimai-siyasi xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseynağa Qəniyevdir.Hüseynağa Qəniyev 26 aprel 1941-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olub. 1948-1958-ci illərdə orta təhsil alıb. 1964-cü ildə ADU-nun jurnalistika fakültəsini və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.Əmək fəaliyyətinə 1964-cü ildə “Leninçi” (indiki “Lənkəran”) qəzetində başlayıb. Müxtəlif illərdə bir çox yüksək vəzifələrində çalışıb.”Ətirli çay”, “Ömrün mənası”, “Yarışan tərəvəzçilər”, “Zolaqlı yollar”, “Soüioloqiçeskaə slujba v Azerbaydjane”, “Müstəbid”, “O lji, iskuşenie, sudbe…”, “Zəka və xarakter” kitablarının müəllifidir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 264
  • 97
  • 13,966
  • 52,515
ILK-10 Azeri Website Directory