İyun 7, 2021

MEK-də “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin təşkilatçılığı ilə “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə AMEA-nın strukturuna daxil olan elmi bölmə və elmi müəssisələrin, ölkənin nüfuzlu ali məktəblərinin kitabxana rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qarşılıqlı əməkdaşlıqda fəallıq göstərən qonaqlara, kitabxana rəhbərlərinə öz minnətdarlığını bildirib. M.Əliyev bir ildən artıqdır ki, davam edən pandemiya şəraitində MEK-in fəaliyyəti və vəzifələri haqqında danışıb. Bildirilib ki, bu müddət ərzində MEK alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi istiqamətində – biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və s. kimi xeyli işlər görüb.

Ardını oxu »

Bakıda yenidən “Formula-1” həyəcanı yaşanır

Bu günlərdə Bakı yenidən möhtəşəm tədbirə evsahibliyi edir. Artıq ikinci gündür ki, paytaxtımızda növbəti dəfə “Formula-1” yarışlarının həyəcanı yaşanır. “Formula-1” üzrə dünya çempionatının altıncı yarışı olan Azərbaycan Qran-prisində dünyada məşhur olan Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar mübarizə aparırlar. Dünyanın yüz milyonlarla avtomobil idmanı həvəskarının diqqəti yenidən Azərbaycana yönəlib.

Azərbaycan ən mükəmməl idman infrastrukturuna malikdir

Beynəlxalq idman yarışlarına evsahibliyi etmək kifayət qədər məsuliyyətli öhdəlikdir. Hər bir ölkə bu cür yarışlara evsahibliyi etmək arzusundadır.

Ardını oxu »

Ermənistan ordusunda zorakılıq halları artır

Ermənistan ordusunda komandir gənc zabiti döyüb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, ölkə ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb.

Ardını oxu »

İsrail səfiri Zəngilana getdi

Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heçnə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür.

Adalet.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitter hesabında qeyd edib.

Ardını oxu »

Tovuz Rayon İcra Hakimiyyətində vətəndaşların qəbuluna həssaslıqla yanaşılır

Tovuz rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunub.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq vətəndaşlar fərdi qaydada qəbul edilir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları həftənin bütün günlərində növbədənkənar qəbul olunur. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi karanti rejimi qaydalarının tələblərinə cavab verən bütün zəruri şərait yaradılmışdır. Vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülür. Bu sahədə aparılan işin əsas prinsipi vətəndaş məmnunluğunu təmin etməkdir.

Ardını oxu »

Türkiyədə fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi – BİLGESAM Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı bəyanat yayıb.

Bəyanatda AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin iyunun 4-də minaya düşərək həlak olmalarına görə başsağlığı verilir və mülki insanların ölümünə səbəb olan mina terrorunun qarşısının alınması üçün dünya ictimaiyyətinə çağırış edilir.

Ardını oxu »

Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ifşa edilib

İyunun 6-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ardını oxu »

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Ardını oxu »

Yerevanın mina xəritələrini verməsi üçün KTMT-nin potensialından istifadə edilməlidir – Rusiyalı ekspert

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialından mümkün qədər çox istifadə etmək lazımdır, Yerevan məhz bu təşkilata minalanmış ərazilərin xəritələri təqdim edəcək.

Bunu Trend-ə rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir.

Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq.

Ardını oxu »

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi “YAŞAT” Fondunda

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi "YAŞAT" Fondunda<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də “YAŞAT” Fondunun fəaliyyəti ilə tanış olub.

“ASAN xidmət”dən 525.az-a verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 192
  • 28
  • 3,355
  • 65,095
ILK-10 Azeri Website Directory