İyun 8, 2021

Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.

Adalet.az-ın məlumatına görə, protokola əsasən, Azərbaycan Respublikasında iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi yaradılacaq.

Ardını oxu »

General Xaçaturov Qarabağ məğlubiyyətinin səbəbini açıqladı

Dağlıq Qarabağdakı müharibədə məğlubiyyətə səbəb olan əsas səhv ordunun tam döyüş hazırlığına gətirilməməsi idi.

Azvision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov deyib.

“Ordu tam döyüş hazırlığına gətirilsəydi, bütün mövqeləri və xətləri tutsaydı, kazarmalarda adam olmazdı, parklarda texnika dayanmazdı, hər şey fərqli olardı”, – Xaçaturov bildirib.

Ardını oxu »

BAYDEN – PUTİN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR

Rusiya 16 iyunda Cenevredə keçiriləcək Rusiya – ABŞ sammitinə ciddi hazırlaşır. Bu barədə RİA Novostiyə məlumat verən Rusiya XİN -nin müavini Serqey Ryabkov bildirib ki, bir sıra məsələlər hazırlıq mərhələsindədir. “Biz sammitə hərtərəfli hazırlaşırıq, bir sıra məsələlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir” – deyə Ryabkov bildirib.
 
 Nazir müavinin sözlərinə görə, Rusiya tərəfi prezidentlərin görüşündən ABŞ -la strateji məkənda normal, stabil münasibətlərin yaranacağına ümid edir.

Ardını oxu »

SƏNİN ƏDALƏTİNƏ.., DÜNYA!

Düz 27 il dünyadan haqq-ədalət gözlədik!

Gözlədk ki, beynəlxalq qurum və təşkilatlar insafa gələcək, doğru mövqe tutacaq, beynəlxalq hüququ müdafiə edəcək, işğalçı ilə işğala məruz qalanı fərqləndirəcək, haqq səsimizi eşidəcək və ən nəhayət, bizi müdafiə edəcəkdir.

Gözlədik ki, BMT Təhlükəsizlik Şurası ərazilərimizin işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirəcəkdir!

Gözlədik ki, ATƏT-in Minsk qrupu mandatına uyğun hərəkət edərək münaqişəni sülh yolu ilə həll edəcəkdir.

Ardını oxu »

Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Ulu Öndərin abidəsini ziyarət edib

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri iyunun 8-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Ardını oxu »

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İclasın gündəliyinə 12 məsələ daxil edilib.

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

Ardını oxu »

Qanı təmizləyən üç məhsul

Müxtəlif xəstəliklər zamanı qana toksinlər və digər təhlükəli maddələr dola bilər. Ən yaxşısı onlardan tez azad olmaqdır. Bu işdə təmizləyici effektə malik xüsusi məhsullar daha faydalı ola bilər.

AZƏRTAC “MedicForum” saytına istinadla xəbər verir ki, belə məhsullardan biri, çoxlarımızın demək olar ki, hər gün istifadə etdiyi adi yerköküdür.

Lakin mütəxəssislər deyirlər ki, insanlar yerkökünü az yeyirlər.

Ardını oxu »

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün müsabiqə elan edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Jurnalistlərə dəstək layihəsi elan edib.

Agentlikdən 525.az-a verilən məlumata görə, müsabiqədə iştirak qaydaları belədir:

Müsabiqədə iştirak edə bilər:

– kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri,

– kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri.

Müsabiqəyə təqdim edilir:

Ardını oxu »

Samir Şərifovdan Mədəniyyət Nazirliyinə: “Pul ayrılır, nəticə yoxdur”

Samir Şərifovdan Mədəniyyət Nazirliyinə: <b style="color:red"> "Pul ayrılır, nəticə yoxdur"</b>

“Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə vermək olar”.

525.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb:

Ardını oxu »

“Yaxın günlərdə təhsil sahəsi ilə bağlı vacib qərarlar qəbul ediləcək” – Nazir

 "Yaxın günlərdə təhsil sahəsi ilə bağlı vacib qərarlar qəbul ediləcək" - <b style="color:red"> Nazir</b>

“Elm və təhsil xərcləri hökumətin prioritetlərindən biridir. İldən-ilə dövlət tərəfindən təhsil sahəsinə ayrılan vəsaitin həcmi artırılır”.

525.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu yaxınlarda da təhsil sahəsi ilə bağlı bir çox vacib qərarların qəbul edilməsi nəzərdə tutulur.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 141
  • 23
  • 3,304
  • 65,044
ILK-10 Azeri Website Directory