İyun 9, 2021

İlham Əliyev Qarabağı öz sahiblərinə qaytardı

Flora QASIMOVA: “O gün Şuşada Şirin Mirzəyevin ruhu da mənimlə idi…”

“Düz 32 ildən sonra Şuşaya ayaq basanda, onun büllur bulaqlarından su içəndə, Cıdır düzündən havalanıb Xankəndiyə, Kərkicahana, İrəvana, bütün dünyaya Qarabağın əsl sahiblərinin qayıdışını hayqıran “Bayatı-Şiraz”ı dinləyəndə elə bildim həmin an dünyanın ən xoşbəxt insanı mənəm…

Çünki o gün Şirin Mirzəyevin ruhu da mənimlə idi…”

Ardını oxu »

“Son zəng”in keçirilməsi ilə bağlı qərar veriləcək – RƏSMİ

Təhsil Nazirliyi “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

“Son zəng” tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu tədbirin keçirilməsi qaydası ilə bağlı nazirlik və həmkar qurumlarla müzakirələr aparılır. Yekun qərar bəlli olan kimi dərhal mediaya açıqlanacaq. Bunu isə çox yaxında biləcəyik”, – deyə o qeyd edib. 

Ardını oxu »

“Sərhəd gərginliyinin Qarabağa aidiyyatı yoxdur” Lavrov

Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə heç bir insident baş verməyib.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hazırda sülhməramlılarımız vəzifələrini yerinə yetirirlər. Ümumiyyətlə, heç bir böyük insident yaşanmır – bu, həm Bakıda, həm də Yerevanda etiraf olunur. Bəzi kiçik maneələr dərhal aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində gərginlik var, amma bunun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur”, – Lavrov əlavə edib.

Ardını oxu »

Nazirlikdən Samir Şərifovun ittihamlarına cavab

Mədəniyyət Nazirliyi maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, bu sahədə qısa zamanda əhəmiyyətli tədbirlər görülüb. Mədəniyyət Nazirliyinin Samir Şərifovun ittihamlarına cavabında deyilir: “Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

Ardını oxu »

Tarixi dəyişən qayıdış

1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi

Tarix sübut edir ki, xalqların və dövlətlərin üzləşdiyi fəlakətlərin aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması böyük əhəmiyyətə malikdir. 1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi dərin siyasi böhran, anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız qətiyyətli, iradəli siyasi lider xalqın başının üstünü almış bütün təhlükələri aradan qaldıra, hələ kövrək olan müstəqilliyimizi yaşada bilər.

Ardını oxu »

Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı məhkəmə prosesi davam etdirilir

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi məhkəmə prosesi iyunun 9-da Yasamal Rayon Məhkəməsində davam etdirilir.

AZƏRTAC xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Ardını oxu »

Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının 109-cu sessiyasında çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) videoformatda keçirilən 109-cu sessiyasında çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir COVID-19 pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərinə və iqtisadiyyatına, əmək bazarına, məşğulluq sahələrinə, xüsusilə sosial cəhətdən həssas qruplarına təsirlərini qeyd edib. O, mövcud vəziyyətdə bərpa və davamlı inkişaf üçün daha güclü birliyin vacibliyini diqqətə çatdırıb.

Ardını oxu »

Xoşbulaq üçün xoşniyyətli təşəbbüs

MƏŞHUR SƏFALI MƏKANIN EKOLOGİYASINI VƏ NÜFUZUNU KORLAYAN ZİBİLLİK PROBLEMİNİN HƏLLİ ÜÇÜN TƏQDİRƏLAYİQ ADDIM ATILIB

Xoşbulaq üçün xoşniyyətli təşəbbüs <b style="color:red"></b>

Təəssüf ki, füsünkar təbiətimizin bizə bəxş etdiyi ən gözəl məkanlarımızda belə, hələ istirahət mədəniyyətini tam qavramayanların ucbatından insanın könlünü bulandıran mənzərələrə rast gəlmək heç də nadir iş deyil.

Bu kimi hallara vətəndaş biganəliyinin adət şəkli alması isə ondan da betər dərddir. Bu cür vecsiz təzahürlərlə mübarizədə ictimai təşəbbüslərin rolu çox qiymətlidir. Çünki səliqə-səhman və təmizlik üçün çalışanların can yanğılı hərəkətlərinin görüntüləri belə cəmiyyət üçün bir çağırış anlamına gəlir.

Ardını oxu »

Vaşinqtondan yeni təşəbbüs

Vaşinqtondan yeni təşəbbüs<b style="color:red"></b>

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaza bir həftəlik səfəri Vaşinqtonun bölgə ilə bağlı yeni təşəbbüsünün ifadəsi kimi qəbul olunmalıdır.

Bu qənaəti təsdiq edən ilk məqam Filip Rikerin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə rəsmən təsdiqlənməməsinə baxmayaraq, dövlət katibi tərəfindən Cənubi Qafqaza göndərilməsidir. Belə görünür ki, ABŞ Dövlət Departamentində Filip Rikerin təyinatının rəsmiləşməsini gözləməyi vaxt itkisi hesab edirlər. İkinci məqam ABŞ rəsminin səfərinin bir həftə davam etməsidir. Belə görünür ki, Filip Riker çox geniş proqramla gəlib. Dövlət rəsmiləri ilə yanaşı, müxalifət təmsilçiləri, vətəndaş cəmiyyətinin üzvləri və  media mənsubları ilə görüşün proqrama daxil edilməsi də bunu göstərir.

Ardını oxu »

Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək

Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək <b style="color:red"></b>

“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”.

525.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır: “Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 189
  • 28
  • 3,352
  • 65,092
ILK-10 Azeri Website Directory