İyun 10, 2021

Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi gücü

İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını inamla təmin edir

Ötən ilin 44 günlük Qarabağ müharibəsi Cənubi Qafqazla bağlı reallıqlara yenidən və həm də əyani şəkildə aydınlıq gətirdi. Belə ki, bu savaş və onun nəticəsi bütün dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun siyasi, iqtisadi və hərbi gücüdür. Bu Qələbə Azərbaycanın Cənubi Qafqazda lider və aparıcı dövlət kimi statusunu daha da yüksəltdi. Bütövlükdə isə ərazi bütövlüyünü bərpa etməklə respublikamız beynəlxalq miqyasda  mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Ardını oxu »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi açıq tender elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi Agentliyin Aparatı  və tabeli müəssisələri üçün  katriclərin doldurulmasının satın alınması üzrə açıq tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Ardını oxu »

Söz qatilləri

O gün Sirac və Məhərrəmlə birlikdə Kəlbəcərə, Susuzluğa gedirdik…

Yaşıllığa bürünən dağların arası ilə qıvrıla-qıvrıla uzanan kələ-kötür yolda aram-aram irəliləyən nəhəng “Kamaz”ın pəncərəsindən sağa-sola baxırdıq…

Viranə evlər, sökülmüş yurdlar, dağılmış ocaqlar bir-bir köçürdü nəmli gözlərimizə…

Bir də… foto və kameraların yaddaşına…

Biz gedirdik…

Ardını oxu »

Şəhid jurnalistlərin anım mərasimi keçirilib

İyunun 9-da AZƏRTAC-da işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edərkən mina partlaması nəticəsində həlak olan jurnalistlərin – agentliyin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun anım mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki abidəsi önünə güllər düzülüb, xatirəsi ehtiramla yad olunub.

Ardını oxu »

Azərbaycan ilə Pakistan hərbi aviasiya sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ardını oxu »

Laçın dəhlizini bağlamaq tələbləri artır

Arif Paşa: “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər”

Qarabağ müharibəsindən sonra əsas diqqətin ermənilərin Ermənistana yeganə çıxış yolu olan Laçın dəhlizinə yönələcəyi gözlənilən idi. Ermənilərin bu koridor vasitəsilə Qarabağa qaytarılmasından sonra Azərbaycanın buraya birgə nəzarəti gündəmə gəlməli idi. Həm də o səbəbdən ki, Qarabağa hələ də separatçı əhval-ruhiyyəli adamlar gəlirlər, son olaraq II Qareginin Xankəndinə səfəri buna sübutdur.
Üstəlik, Laçın yolunda Şuşanın bir neçə kəndi də var ki, onlarda ermənilərin mülki əhalini məskunlaşdırmaq planı var.

Ardını oxu »

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Ardını oxu »

Saçlarımız niyə ağarır? – “Quran”ın və elmin gəldiyi nəticə…

Dünyanın heç bir yerində heç kəs keçəl olmaq istəməz. İstər qadında, istərsə də kişidə saçlar  gözəlliyin əsas hissələrindən biridir. Həm Azərbaycan, həm də şərq ədəbiyyatında ta qədimdən günümüzə qədər bu gözəlliyə həsr edilmiş  minlərlə nəzm əsərlərinə rast gəlmək olar.” Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim bir belə ənbər istərəm! “ (Nizami Gəncəvi), “Könlüm açılır zülfi-pərişanını görcək, nitqim tutulur qönçeyi-xəndanını görcək”(Məhəmməd Füzuli) “İstər Ələsgərdən yar ala canı,tökəndə zülflərin, a yana, yana (Aşıq Ələsgər) və sair…

Ardını oxu »

Ölümü seçən Elçin Həsənli

Düşünürsən, arzuları yarımçıq qaldı. Və necə bir ali arzusuna çatdı.

Deyirsən, ömrü yarımçıq oldu…Və necə bütöv ömür yaşadı.

Belə düşündüyümüz vətənsevdalıların , əsgər və zabitlərimizin həyatını,  öyrənməliyik, öyrətməliyik, vətən sevgisindən dərs almalıyıq. Dərs verməliyik.

Həsənli Elçin Vaqif oğlu kimi.
Həmişə seçilib. Nə bahalı geyimi, bahalı telefonu, nə maşını ilə fərqlənmək istəməyib, ağlına gəlməyib. Sadəcə birinci sinifdən məsuliyyəti, çalışqanlığı ilə seçilib. Şəxsiyyət kimi  seçilib. Bütün məktəbin sevimlisi olub.

Ardını oxu »

Həzi Həsənli: Şuşam!

Şuşam!

Daha bu həsrətlə heç olmaz davam,
Sənə qovuşmuşuq, ay suyum –  havam,
Sənə qovuşmuşuq, ay doğma yuvam – 
Ünvanım ay Şuşam, ünüm ay Şuşam!

İsabulaq qanlı yaşa dönmüşdü,
Ürəyim köksümdə daşa dönmüşdü,
Ruhum göylərində quşa dönmüşdü,
İmanım ay Şuşam, dinim ay Şuşam!

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 237
  • 88
  • 13,939
  • 52,488
ILK-10 Azeri Website Directory