İyun 11, 2021

Zəli təkcə müalicəvi xüsusiyyəti ilə seçilmir

O, bir sıra iqtisadi sahələr üçün də əhəmiyyətlidir

Keçmişi dərk etməyən və ya ona etinasız yanaşan istənilən elmin əsası yoxdur. Nə vaxtsa dərk edilmiş həqiqətlər, sirri açılmış elmi yeniliklər öz məzmunu ilə heç zaman köhnəlmir, əksinə, baza adlandırdığımız əsası təşkil edir. Türkəçarə müalicə üsulları da bu sıraya daxildir. Hərçənd ki, onlara bəzən əhəmiyyət verilmir, laqeyd yanaşılır.

Türkəçarə Azərbaycanda xalq təbabətinə verilmiş addır. Bu gün dünyada elə bir mədəni ölkə tapılmaz ki, orada xalq təbabəti öyrənilməsin. Bir çox yerlərdə xalq təbabətini araşdıran institutlar, elmi mərkəzlər var. Xalq təbabəti Azərbaycanda da diqqətdən kənarda qalmamışdır.

Ardını oxu »

Nazir: Yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına töhfə verəcək

İşğaldan azad edilən ərazilər hesabına əkin dövriyyəsinin genişləndirilməsi, burada yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına böyük töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 10-da Bakı Ekspo Mərkəzində işə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Ardını oxu »

Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətin istehsalı olması məsləhətdir

 Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirib. AZƏRTAC-ın məlumatına görə Vasif Əliyev bildirib ki, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur. Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: “Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”.

Ardını oxu »

Vüsal Qasımlı: Qarabağda iqtisadiyyatın 6 əsas istiqaməti və 4 ağırlıq mərkəzi var

Qarabağda iqtisadiyyat 6 əsas istiqamət və 4 əsas ağırlıq mərkəzi üzrə dövlət-özəl partnyorluğu ilə inkişaf etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. O qeyd edib ki, Qarabağda iqtisadiyyatın 6 əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir.

Ardını oxu »

Livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib

Livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib<b style="color:red"></b>

Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

525.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinə bəraət verilməsini xahiş edib. Daha sonra Eulcekcian Viken Abraham son söz deyib. O da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ardını oxu »

Sahibə Qafarova Azərbaycan xalqını təbrik edib

Sahibə Qafarova Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

“Bu iclasımız Azərbaycan Respublikasının tarixində dönüş yaratmış bayram ərəfəsində keçirilir”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qaytarılması xalqımızı uçurumun bir addımlığından geri qaytardı: “Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir.

Ardını oxu »

Komitə sədri sahibkarlara çağırış etdi

Komitə sədri sahibkarlara çağırış etdi<b style="color:red"></b>

“Məşğulluq marafonu dünəndən başlayıb. Burada məqsəd 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir:

Ardını oxu »

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər qəbul edildi

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər qəbul edildi<b style="color:red"></b>

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsi ikinci oxunuşda qəbul edilib.

525.az-ın məlumatına görə, Milli Məclis müzakirələrdən sonra qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

10 deputat layihənin əleyhinə səs verib.

Ardını oxu »

Şəmkirdə vəzifəli şəxs saxlanılıb

Şəmkirdə vəzifəli şəxs saxlanılıb<b style="color:red"></b>

Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan 525.az-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Ardını oxu »

Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

Adalet.az-ın məlumatına görə, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, – Makron deyib.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory