İyun 14, 2021

Aqil ABBAS:UCA ADAM: RƏCƏB TAYYİB ƏRDOĞAN

26 fevral qardaş ölkənin  cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Söylədiyi bir şeirə görə həbs olunan gündən sayın Ərdoğanı izləyirəm. Həbs olunanda da bir ziyalı kimi  qəzetimizdə etirazımı  bildirmişdim. Tanrı bu insandan heç nə əsirgəməyib – qeyri-adi natiqlik qabiliyyəti var, müdrik siyasətçidi, ədəbiyyatı, tarixi gözəl bilir, özü də təkcə Türkiyənin tarixini və ədəbiyyatını deyil, bütün  türk xalqlarının  tarixini  və ədəbiyyatını  bilir. Və qarşısına bir məqsəd qoyubsa, sonadək mübarizə  aparmağı  bacarır və Tanrı da  həmişə ona yardımçı olur. Təkcə Türkiyə türkləri arasında deyil və bütün  türk xalqlarının arasında böyük nüfuz qazanıb. Cəsarətlidir. «Dünya beşdən böyükdür» – deyən   bu qətiyyətli şəxs Türkiyəni sındırmaq istəyən, Türkiyəyə tələ qurmaq istəyən dünyanın özündən deyən  böyük dövlətlərini və həmin  dövlətlərin  başçılarını hakimiyyətə  gəldiyi  gündən yerində oturtmağı bacarıb.

Ardını oxu »

Dünyanın ən böyük ailəsinin sahibi öldü

 

Hindistanın Mizoram ştatından olan Ziona Çana vəfat edib. O, özündən sonra 38 həyat yoldaşı və 89 övlad qoyub.

Adalet.az-ın məlumatına görə, mərhum dünyanın ən böyük ailəsinin sahibi sayılırdı. Onun həyat yoldaşları və uşaqlarından başqa 14 gəlini və 33 nəvəsi var idi.

Çana və onun ailə üzvlərini görmək üçün çox sayda turist onun doğma kəndini ziyarət edirdi.

Ardını oxu »

Bəzi məsələlərə dar çərçivədən baxırıq -Səxavət Məmməd yazır

Saxlanılan 15 erməni təhvil verilib. Çox maraqlıdır ki, prosesdə Rusiya iştirak etməyib. Vasitəçi, üçtərəfli bəyanata qarant olan ölkə, ofsaytda qalıb. Rusiya saxlanılan erməniləri diqtə ilə almaq istəyirdi. Rüstəm Muradovun təyyarəsi geri boş qayıtmışdı. Hətta hava limanında erməni KİV-ləri və saxlanılanların yaxınları Rüstəm Muradovu əli dolu gözləyirdi.

Hətta bir neçə ay öncə, saxlanılan ermənilərin seçkiyə az müddət qalmış, geri veriləcəyini yazmışdım. Çünki Azərbaycan tərəfinin maraqlarına nə qədər məzələnsək də, lağ obyektinə çevirsək də, Paşinyan tam uyğundur.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Füzulidə «Son zəng»

Horadiz şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sədaqət İsmayılzadənin çıxışı çoxlarını kövrəltdi

Bu il ümumtəhsil məktəblərini 84 mindən çox məzun bitirir. Yəni, orta məktəblə, müəllimlərlə vidalaşan 11-cilər bu qədərdir. Onların hansı hisslər, hansı duyğular, hansı yaşantılar keçirdiyi mənim üçün çox doğmadır. Ən azından ona görə ki, biz də məzun olmuşuq və biz də indiki 11-cilərin sevincini, kədərini düz 50 il bundan əvvəl yaşamışıq və düz 50 il bundan əvvəl Bəhməndəki orta məktəbdə və direktorumuz rəhmətlik Əvəz Əliyevin nəzarəti altında «Son zəng» keçirmişik.  Hələ də elə bilirəm ki, kimsə gəlib məni ayağa qaldıracaq, sorğu-suala tutacaq və yaxşı cavab vermədiyimə görə Əvəz müəllim əsəbləşəcək. Hərçənd ki, heç vaxt nə direktorumuz rəhmətlik Əvəz müəllim, nə də digər müəllimlərimiz məndən narazı qalmayıblar. Əksinə bütün fənlərdən yaxşı oxuduğuma görə «5» yazıblar.

Ardını oxu »

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır

İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Ardını oxu »

Ermənistanın viran qoyduğu Ağdam qısa müddətdə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Ardını oxu »

Azər Həsrət beynəlxalq ekspert şurasına dəvət edildi

Azər Həsrət beynəlxalq ekspert şurasına dəvət edildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, bayraqdar.info-nun qurucu-redaktoru Azər Həsrət nüfuzlu beynəlxalq jurnalist mükafatı ekspert şurasının üzvlüyünə dəvət edilib.

525.az xəbər verir ki, bu haqda mediaya xəbəri A.Həsrətin özü verib.

Əməkdar jurnalistin dediyinə görə, ötən həftə ona “Fetisov Jurnalistika Mükafatları” (Fetisov Journalism Awards) adlı beynəlxalq mükafatın ekspert şurasına üzv olmaq təklif edilib. A.Həsrət bu təklifi qəbul etdiyini deyib.

Ardını oxu »

Ərdoğan və Makron arasında görüş başlayıb

Ərdoğan və Makron arasında görüş başlayıb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilir.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə və Fransa liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Ardını oxu »

Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək

Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək<b style="color:red"></b>

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də ölkəmizə səfər edəcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.

Ardını oxu »

Paytaxt məktəblərində “Son zəng” keçirilib

Paytaxt məktəblərində “Son zəng” keçirilib<b style="color:red"></b>

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

525.az xəbər verir ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 41
  • 20
  • 14,725
  • 40,305
ILK-10 Azeri Website Directory