İyun 15, 2021

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Ardını oxu »

Türkiyə MN Azərbaycan xalqını təbrik edib

Türkiyə MN Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan zalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

525.az-ın xəbərinə görə, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi “Twitter”də paylaşım edib.

“Qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir, nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Tək millət iki dövlət” anlayışı ilə yaxşı gündə də, pis gündə də bir və bərabər olmağa davam edəcəyik”, – deyə Türkiyə Müdafiə Nazirliyi qeyd edib.

Ardını oxu »

15 İyun – Milli Qurtuluşun ulu öndər imzası!

15 İyun - Milli Qurtuluşun ulu öndər imzası!<b style="color:red"></b>

Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir. Əsrlər boyu xalqımızın var olan zəngin dövlətçilik ənənələri uzunmüddətli tarixi inkişaf prosesi keçərək bütünləşib, tamlaşıb. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyətini izah edir.  Dövlət qurmaq və  müstəqil yaşamaq isə heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olub, sonralar müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də az deyil.

Müstəqilliyi olan hər bir xalq onu quran, qoruyub saxlayan və dünyaya tanıdan ali liderə, dahi şəxsiyyətə, xilaskara borcludur.

Ardını oxu »

İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Ardını oxu »

Prezident Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezident Qurtuluş Günü ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Prezident İlham Əliyev 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, dövlət başçısının “Twitter” səhifəsində edilən paylaşımda Ümummilli lider, Ulu öndər Heydər Əliyevin “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir” kəlamına yer verilib.

Ardını oxu »

Şuşada Ərdoğanın qarşılanma mərasimi keçirildi – Yenilənib

Şuşada Ərdoğanın qarşılanma mərasimi keçirildi - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

525.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Ardını oxu »

Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir

Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir<b style="color:red"></b>

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

525.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

Hansı halda COVID pasportunun əvəzinə arayış verilə bilər?

Hansı halda COVID pasportunun əvəzinə arayış verilə bilər?<b style="color:red"></b>

“Bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ardını oxu »

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, fərmana əsasən əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

Ardını oxu »

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur <b style="color:red"></b>

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

525.az xəbər verir ki, bu, uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtulduqdan sonra qeyd olunan ilk Milli Qurtuluş Günüdür.

Məhz 28 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edən ulu öndər Heydər Əliyevin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory