İyun 16, 2021

Prezident İlham Əliyev: Otuz ilə yaxın davam edən işğala Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə son qoydu

İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyindən danışarkən bildirib.

Ardını oxu »

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirir

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən ediblər.

AZƏRTAC xəbər verir ki, bəyannamədə tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Ardını oxu »

İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi – FOTO

Prezident İlham Əliyev Türkiyənin “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib.

Adalet.az xəbər verir ki, bu barədə H.Bayraktar özünün “Twitter” səhifəsində məlumat verib.

O, bu ordenə layiq görüldüyü üçün qürur duyduğunu bildirib.

Ardını oxu »

İlham Əliyev və Ərdoğan Şuşa gəzintisində

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərini gəziblər.

Adalet.az xəbər verir ki, gəzinti zamanı İlham Əliyev Rəcəb Tayyib Ərdoğana Şuşada görülən yenidənqurma işlərindən danışıb.

Ardını oxu »

Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır” – Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin iqtisadi təfərrüatlarını şərh edib.

Adalet.az bu barədə quruma istinadən xəbər verir.

V.Qasımlının sözlərinə görə, bu bəyannamə ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq:

Ardını oxu »

PROFESSOR ŞAHLAR ƏSGƏROV – 80

 İyun ayının 15-də Fizika – riyaziyyat elmləri doktoru professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 80 yaşı tamam olur.

Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri yadıma düşdü: “Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosofdur. Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur.

Ardını oxu »

ƏRDOĞANA BAĞIŞLANAN QARABAĞ ATI

Düzdür,  ərəb atı  boy-buxununa görə Qarabağ atından gözəgəlimlidi.  Qısa məsafədə Qarabağ atını keçə bilir. Amma uzun məsafədə Qarabağ atı ərəb atına deyir ki, sən burda gözlə, mən bir Şuşaya dəyib  gəlirəm. Qıvraqdı. Əsl döyüş atıdı. İnsan kimi çevikdi və qılınc zərbələrinin altından çıxa bilir. Üstündəki  igidlə birgə döyüşür, düşməni  odlu ağzıyla  parçalayır. Ön ayaqları ilə şahə qalxıb  düşmənlə vuruşur.  Çox qədim tarixə malikdir. Qarabağa da Çingiz xan, daha sonra isə Əmir Teymur tərəfindən gətirilib.

Ardını oxu »

Aqil ABBAS: GÜNƏŞİN ZİRVƏDƏ DOĞAN ANINDAN…

  Bu dəfə Günəş Şərqdən doğmadı, Türk dünyasının paytaxtı Şuşadan doğdu. Ulu Öndər Heydər Əliyev deyirdi: «Azərbaycan dünyaya  günəş kimi doğacaq».  Tanrı bunu bizlərə nəsib etdi. Biz o Günəşin doğduğunun  şahidi olduq.

Şuşada Türk dünyasının iki böyük oğlu, iki böyük lideri bir-birlərini  bağırlarına  basdılar. Bu təkcə iki liderin bir-birini  bağrına   basmağı deyildi, həm də bir millətin  iki dövlətinin – Azərbaycanın və Türkiyənin bir-birilərini  bağırlarına  basmağı idi.

Ardını oxu »

Ərdoğan Milli Məclisin iclasında iştirak edir

Ərdoğan Milli Məclisin iclasında iştirak edir<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

525.az xəbər verir ki, iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Ardını oxu »

Şuşa Bəyannaməsinin TAM MƏTNİ

Şuşa Bəyannaməsinin TAM MƏTNİ<b style="color:red"></b>

İyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.

525.az xəbər verir ki, Bəyannamədə deyilir:

Azərbaycan Respublikası və Türkiyə Respublikası,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory