İyun 17, 2021

Türkiyə Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

525.az-ın xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı başa düşüləcək.

Ardını oxu »

Yeni əlillik təyinatı bu tarixdən rəsmiləşəcək

Yeni əlillik təyinatı bu tarixdən rəsmiləşəcək<b style="color:red"></b>

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

525.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Ardını oxu »

Daşkənddə Nizami və Nəvai seminarı

Daşkənddə Nizami və Nəvai seminarı<b style="color:red"></b>

Daşkənddə “Şərqin böyük şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığı: oxşar talelər” adlı beynəlxalq onlayn elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Dövlət İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycanın və Özbəkistanın tanınmış alimləri iştirak ediblər.

Seminarı Kəmaləddin Behzad adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun dosenti Oybek Qasımov açaraq Şərqin iki dahi şairi Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı və yaradıcılığı, Şərq ədəbiyyatında bu şairlərin tutduğu yer haqqında məlumat verib.

Ardını oxu »

Rusiya sərhədçilərinin sərhəddə yerləşdirilməsi məsələsi müzakirə olundu

Rusiya sərhədçilərinin sərhəddə yerləşdirilməsi məsələsi müzakirə olundu<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ardını oxu »

Prezident hərbi xidmətə növbəti çağırışla bağlı sərəncam imzalayıb

Prezident hərbi xidmətə növbəti çağırışla bağlı sərəncam imzalayıb<b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Ardını oxu »

Bu gün daha 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Adalet.az xəbər verir ki, matçlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.

Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki “Milli Arena”da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

Ardını oxu »

Qanunsuz işləyən 26 heyvan kəsimi məntəqəsi aşkarlandı

 Bakı şəhərinin Xəzər rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Bu barədə Adalet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Ardını oxu »

Səfər başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Ardını oxu »

Fransa televiziyasında Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdi. Səfər çərçivəsində Şuşa Bəyannaməsi kimi tarixi saziş imzalandı.

Türkiyə və Azərbaycan liderləri Ermənistanı münasibətləri normallaşdırmağa çağırdılar, Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatının yaradılması təklif olundu. Şuşa Bəyannaməsi bütün region dövlətləri, eləcə də regional sabitliyin qorunub saxlanması baxımından çox vacib sənəddir. Bu Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin, uzaqgörən strateji baxışlarının məntiqi nəticəsidir.

Ardını oxu »

Samux: Şəhid ailələri daim diqqət mərkəzində saxlanılır

Samux rayon Ziyadlı kəndindən olan Vətən müharibəsi şəhidi Yusibov Taleh Gündüz oğlunun ailəsi ziyarət olundu.Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Samux RayonGənclər və İdman İdarəsinin əməkdaşları və şəhidin yaxınları iştirak etdilər. Görüş zamanı şəhid Taleh Yusibovun 44 günlük Vətən müharibəsində qəhrəmnlıqlarından danışıldı. Yusibov Taleh Gündüz oğlu Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” , “Qubadlının azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid Yusibov Taleh Gündüz oğlu Ziyadlı kənd qəbiristanlığında dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. 

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 481
  • 174
  • 15,222
  • 46,444
ILK-10 Azeri Website Directory