İyun 18, 2021

Tarixi, dünyəvi və bəşəri bəyannamə

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanı dünyanın əksər dövlətləri tanıdı. Türkiyə bu tanınmanın ilk dövəti oldu. Qardaş ölkə Azərbaycanı qədərsiz sevinclə, ehtiramla tanıdı. Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əlaqələr quruldu və bunlar gələcək əlaqələr üçün etibarlı təməl oldu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə iki dövlətin inkişaf istiqamətinin konturlarını müəyyənləşdirdi.

Ardını oxu »

Halal qazanc torpaqdadır

Ağcabədi kəndlisi bunu getdikcə daha çox hiss edir

Qabaqcıl təcrübənin, mütərəqqi texnologiyaların, elmi-texniki yeniliklərin bacarıqla tətbiq edilməsi sayəsində böyük uğurlar qazanan Ağcabədidə kənd təsərrüfatı sənaye təməli üzərində dinamik inkişaf edir.

Prezident  İlham  Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmağa nail olmaq barədə tapşırıq və tövsiyələrinə sanballı töhfələrlə cavab verən Ağcabədi kəndlisi torpağa getdikcə daha sıx bağlanır.

Ardını oxu »

Azərbaycan hər zaman islam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə səylər göstərir

Prezident İlham Əliyev Qarabağdakı yenidənqurma işlərində İƏT dövlətlərindən olan şirkətlərin iştirakını görmək istədiyini bildirmişdir

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.

Bunu son bir neçə il ərzində ölkəmizdə İƏT-ə üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüşün keçirilməsi də təsdiqləyir.

Ardını oxu »

Şuşa Bəyannaməsi – müttəfiqliyin qızıl dövrü başlayır

Tarix – 15 iyun 2021-ci il, məkan – Şuşa şəhəri…

Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən bayram günündə ölkəmizin, eləcə də Cənubi Qafqazın tarixndə yeni səhifə açıldı. Qarabağın tacı olan qədim qala şəhərimizdə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkənin qardaşlıq münasibətləri, alternativsiz müttəfiqlik qızıl dövrünə qədəm qoydu. Mövcud əlaqələr möhkəm bağlarla daha da gücləndi.

Ardını oxu »

Aqiyə Naxçıvanlı: “Azərbaycan-Türkiyə birliyi yeni zəfərlər vəd edir”

   “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki geniş və əhatəli çıxışı ikitərəfli əməkdaşlıq, regionun inkişafı və ümumilikdə dünyaya verilən mesajlarla diqqəti cəkdi. Tarixi çıxışda cənab Ərdoğan əldə edilmiş qələbənin qiymətini, bundan sonrakı proseslərlə bağlı fikirlərini parlamentarilərlə bölüşdü”. Bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti əsas diqqəti Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə yönəltməklə bütün dünyaya mesaj verdi: “Qardaş ölkə rəhbəri Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevlə birlikdə bu regiona yeni əməkdaşlıq mühitinin gətirilməsindən bəhs etdi. Azərbaycan-Türkiyə münasibətlərinin bütün regiona yeni nəfəs gətirəcəyini bildirən Ərdoğan bu konteksdə uduzan

Ardını oxu »

2021-ci il 18 iyun- Azərbaycanda Milli İnsan hüquqları günüdür

 Müstəqilliyimizin 30-cu ildönümünə təsadüf edən cari ilə qədər, Azərbaycanda  insan hüquqlarının təminatı sahəsində davamlı fəaliyyət həyata keçirilib. Milli qanunvericilik ardıcıl olaraq təkmilləşdirilib, ölkəmiz insan hüquqları ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub.   

Ümummilli lider Heydər Əliyev tərəfindən, 1995-ci ildə suveren Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə tariximizdə ilk dəfə olaraq Azərbaycan   vətəndaşlarının hüquq və azadlıqlarının,  layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olundu. Müstəqil Azərbaycan vətəndaşlarının həm birinci nəsil (klassik) insan hüquqları: vətəndaş və siyasi hüquqlar, həm də, ikinci nəsil insan hüquqları: iqtisadi, sosial və mədəni hüquqlar «Əsas Qanunumuzda  əksini tapdı. 

Ardını oxu »

Dünya bizim olacaq

…Türkə səcdə, türkə təzim olacaq,

Əzəl-axır, dünya bizim olacaq…

Xalq şairi Zəlimxan Yaqub

…Allahın sevdiyi və qoruduğu millətlər var. Və Allahın sevdiyi və qoruduğu millətləri bir kimsə, Yer üzündən silə bilməz. Çünki Allah seçdiyi və sevdiyi milləti elə-belə bağrına basmır. Onun ədalətini, onun böyüklüyünü, onun Allah sevgisini duyur və buna görə də həmişə kölgəsi o millətin, o xalqın üstündə olur…

Ardını oxu »

İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda

 İyunun 18-də Bakıda “Intercontinental” hotelinin açılışı olub.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ardını oxu »

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb.

Adalet.az-ın məlumatına görə, görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

Ardını oxu »

Bazar günü ictimai nəqliyyat işləyəcək

Bazar günü ictimai nəqliyyat işləyəcək <b style="color:red"></b>

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 20 iyun bazar günü olmasına baxmıyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 21
  • 11
  • 14,705
  • 40,285
ILK-10 Azeri Website Directory