İyun 29, 2021

İyulun 1-2-də növbəti imtahanlar keçiriləcək

İyulun 1-2-də növbəti imtahanlar keçiriləcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul tarixlərində növbəti imtahanlar keçiriləcək.

DİM-dən 525.az-a verilən məlumata görə, iyulun 1-2-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçiriləcək.

Ardını oxu »

Xocavənddə silah-sursat aşkar edilib

Xocavənddə silah-sursat aşkar edilib <b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 4 avtomat, 1 tank əleyhinə raket qurğusu, 1 “AQS-17” qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ardını oxu »

Ombudsman Aparatı ilə Türkiyə arasında memorandum imzalanıb

Ombudsman Aparatı ilə Türkiyə arasında memorandum imzalanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

Qurumdan 525.az-a verilən xəbərə görə, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Türkiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 233
  • 86
  • 13,935
  • 52,484
ILK-10 Azeri Website Directory