İyul 1, 2021

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin həyatlarına təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Ardını oxu »

Erməni terrorçu: “44 günlük müharibədə 9000-dən çox itkimiz var”

Ermənistanda hələ də II Qarabağ müharibəsindəki itkilərin sayı dəqiqliklə açıqlanmayıb.

Ermənistan mətbuatına müsahibəsində “Aramo” terrorçu dəstəsinin komandiri Aram Torqomyan bildirib ki, erməni tərəfi 44 günlük müharibə dövründə sadəcə ölülərin sayı baxımından hökumətin açıqladığı rəqəmlərdən iki dəfə çox itki verib.

Ardını oxu »

ABŞ orbitə gizli peyk buraxıb

Amerika Beynəlxalq Kosmik Stansiyadan orbitə gizli şəkildə peyk buraxıb.

Adalet.az xəbər verir ki, bu barədə “Space-track.org” saytı məlumat yayıb.
Qeyd edilir ki, həmin cihaz “BD-28” adlandırılıb. Hadisənin nə vaxt və necə baş verdiyi rəsmi olaraq bildirilməyib.

Ardını oxu »

TƏBİB:Vaksindən sonra əzələ ağrıları, qızdırma kimi əlamətlər gözlənilən nəticədir

Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Adalet.az xəbər verir ki, bu barədə bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Ardını oxu »

RUSİYA VƏ BELARUS BİRGƏ ÇIXIŞ YOLU AXTARIŞINDA

Putin və Lukaşenko sanksiya təyziqlərindən cıxmaq yollarlnı müzakirə edirlər

Kremlin mətbuat xidmətindən bildirilir ki, İki dövlət başçılarının bu gün baş tutan telefon danışıqları zamanı Putin və Lukaşenko davam edən sanksiya problemlərini müzakirə ediblər.
 

Ardını oxu »

“Qüvvət elmdədir…” devizi ilə növəti mühazirə keçirilib

  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycanın ən görkəmli şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir. “Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlükeyləyə bilməz…”devizi ilə “Nizami mühazirələri”nin dördüncü toplantısı 30 iyun tarixində Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə birlikdə onlayn formatda baş tutmuşdur.

Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir.

Ardını oxu »

MEK-ə elmi-praktiki nəşrlər daxil olub

Mərkəzi Elmi Kitabxanaya AMEA Rəyasət Heyəti Aparatının Elmi-təşkilat idarəsi tərəfindən yeni nəşrlər daxil olub. Xarici və Azərbaycan dillərində 458 adda olan həmin nəşrlər elmin müxtəlif sahələrini əhatə edir.

Oxucuların və təqdidatçıların marağına səbəb olacaq kitab, jurnal və avtoreferatların bir neçəsini təqdim edirik. M.Qasımlı, B.Muradova, V.Qafarovun müəllifi olduğu “Azərbaycan parlamentarizmi tarixi” (2018). İki cilddən ibarət olan kitabda müəlliflər zəngin mənbə və ədəbiyyatlardan geniş istifadə edərək Azərbaycan parlamentizmi tarixinin müxtəlif mərhələlərini tədqiq ediblər. Ə.Rəcəblinin Azərbaycanca və rusca yazdığı “Sikkə və dövlətçilik” (2017) kitabında ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib.

Ardını oxu »

Zəngəzur haqqında sənədli-tarixi roman nəşr edilib

Zəngəzur haqqında sənədli-tarixi roman nəşr edilib<b style="color:red"></b>

Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

AZƏRTAC xəbər verir ki, “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andranik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.

Ardını oxu »

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

525.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Ardını oxu »

Ağstafada bələdiyyə sədrinə cinayət işi açılıb

Ağstafada bələdiyyə sədrinə cinayət işi açılıb<b style="color:red"></b>

Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Ağstafa rayon prokurorluğundan 525.az-a verilən məlumata görə, aparılmış araşdırma ilə müəyyən edilib ki, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 1
  • 42
  • 20
  • 14,726
  • 40,306
ILK-10 Azeri Website Directory