İyul 2, 2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Adalet.az xəbər verir ki, bunu report-a açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib:

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Zirvəyə gedən yol

… El-oba arasında nüfuz qazanmaq, hörmət sahibi olmaq və yeri gələndə insanlara düz yol göstərib ağsaqqallıq eləmək elə də asan məsələ deyil. Yadıma tibb elmləri namizədi və cəmiyyət tərəfindən sevilən həkim Rəşid Mahmudovun bir fikri düşdü: «Mənim tanıdığım bir savadlı ziyalıya dedim ki, çıx televiziya kanallarına, camaata öyüd-nəsihət ver, əxlaqi dəyərlərlə bağlı fikirlərini səsləndir. O da dedi ki, ay rəhmətliyin oğlu, nolsun ki, mən böyük aliməm, tanınmış ziyalıyam, amma öz evimdə qayda-qanun yarada bilmirəmsə, mən efirə çıxıb özümü biyabır etmək istəmirəm». Təbii ki, özünə hörmət edən adam elə belə də hərəkət etməli idi.

Ardını oxu »

Deputat toylarda bəylə gəlinin maskasız oturmasını təklif etdi

 

Milli Məclisin iclasında deputat Elşən Musayev toyların keçirilməsi ilə bağlı qoyulan bəzi məhdudiyyətlərə etiraz edib. 

Adalet.az-ın məlumatına görə, deputat bildirib ki, toylarda heç olmasa, bəylə gəlin maska taxmasın. 

“Ən azından bəylə gəlin maskasız oturmalıdır, bir-birini görməlidir”, – deyə o əlavə edib. 

Qeyd edək ki, Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

Ardını oxu »

Aqil Abbas: “Polis bizi qoruduğu kimi, biz də polisi qorumalıyıq”

  “Azərbaycan keçmiş MDB məkanında ən əmin-amanlıq olan yeganə ölkədir. Bunu möhtərəm Prezident də çıxışında vurğuladı. Polis çox əziyyət çəkir, gecəsi-gündüzü yoxdu, səkkiz saatlıq iş deyil, polis gecə saat 3-də də, səhər saat 5-də də vəzifə başında olur. Yəni polisin əməyini yüksək qiymətləndirirəm”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Aqil Abbas Polis Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edib:

Ardını oxu »

Parlament əlillik pensiyasının təyini ilə bağlı yeni qaydaları son oxunuşda təsdiq etdi

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Adalet.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Ardını oxu »

Direktor müavini olmaq istəyən 500-dən çox şəxs imtahan verib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 504 nəfər iştirak edib.

İdarədən Adalet.az-a verilən məlumata görə, onlardan 363 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini (24 iyun), 141 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı (25 iyun) vəzifəsi üzrə imtahana qatılıb.

Ardını oxu »

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilib

Milli Məclisin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 2-də keçirilən iclasında müzakirə edilərək təsdiq olunub.

Dəyişikliklərə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.

Ardını oxu »

Müzəffər Ordunun mükəmməl təminatı

Azərbaycan əsgəri bu gün Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisidir

Vətən müharibəsindəki şanlı qələbədən aylar ötməsinə baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun böyük döyüş yolu, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq.

İyunun 26-da – Silahlı Qüvvələr Günündə isə Azərbaycan Ordusu ilk dəfə idi ki, qalib qüvvə kimi özünün ildönümünü qeyd etdi. Fəxarətlə dünyaya bəyan etdik ki, bu gün Azərbaycan əsgəri Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisinə çevrilib və 44 günlük Vətən müharibəsi bunun əyani təzahürüdür.

Ardını oxu »

İlham Əliyev strategiyası Azərbaycanı kosmosa yüksəltdi

İqtisadi gücümüzün daha bir göstəricisi orbitə çıxarılan peyklərimizdir

Azərbaycan tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insanın həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub. Burada Şərq elmi məktəbinin Nəsirəddin Tusi kimi dahi nümayəndələri yetişib, elmi kitabxanalar yaradılıb, rəsədxanalar qurulub.

Milli kosmik sənayemiz isə Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə təşəkkül tapıb. Ölkəmizin müasir kosmik sənayesinin yeni səhifələrinin açılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması dövlət başçısının uzunmüddətli strateji yanaşması ilə mümkün olub.

Ardını oxu »

Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk–2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory