İyul 5, 2021

Gəncədə “Şəhidlik-şərəf,qeyrət rəmzidir” adlı onlayn görüş keçirlib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Hüseynov Röyan Sübhan oğlunun ailəsi ilə “Şəhidlik-şərəf,qeyrət rəmzidir” adlı onlayn görüş keçirib. Tədbir şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başlayıb.
Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir.

Ardını oxu »

Gəncədə polis serjantına mənzil təqdim olunub

Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. 

Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. 

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Əsəblər tarıma çəkiləndə…

Bir çox hallarda yollarda avtomobil idarə edən sürücülərin sözləri çəp gələndə əlbəyaxa olurlar

Bir çoxları düşünürlər ki, avtomobil idarə etmək çox asan bir məsələdir. Təbii ki, bu cür fikirləşənlərin öz arqumentləri və öz arşınları var. Öz arşınları ilə hər şeyə yanaşan adamlar bir də onda ayılırlar ki, balam, onların tutduqları yol bir o qədər də yaxşı deyilmiş. Bunu anlayana qədər həmin sürücülərin başına olmazın müsibətləri və faciələri gəlir.

Ardını oxu »

Şuşada dərs keçmək üçün imtahana gedən şair

2020-2021-ci il tədris ili üçün Müəllimlərin İşə Qəbul imtanına başlanılıb. Müəllimlik ixtisasını seçən hər bir kəsin özünə görə səbəbləri və məqsədləri var. Onlardan biri də bu gün MİQ-də iştirak edən gənc şair Elşad Baratdır. Onu bu gün imtahana aparan səbəb Şuşada dərs keçmək istəyidir.

“Müharibə vaxtı iki dəfə müracit etmişdim, aparmadılar. Həmin günlərdə bir status yazmışdım ki, Şuşa azad olunsun, ora gedib dərs keçmək istəyirəm. Elə oldu ki, bir həftə sonra Şuşa azad olundu. Bu, mənim istəyimin daha real ola biləcəyini göstərdi.”

Ardını oxu »

Piylənmə

 Piylənmə orqanizmə qida ilə qəbul olunan kalorinin miqdarı ilə enerci sərfinin uyğunsuzluğu zamanı  inkişaf edir.

Bəzi hallarda kaloridən istifadə artır (çoxyemə),digər hallarda onlara ehtiyac azalır (endokrin pozulmalar nəticəsində əsas mübadilənin zəifləməsi), üçüncü halda toxluq mərkəzinin patoloci prosesə cəlb edilməsi nəticəsində qida davranışında pozulmalar olur.

Piylənmənin üç forması müəyyən edilib:

Ardını oxu »

Neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar artaraq 76,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 75,19 dollar olub.

Ardını oxu »

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvlərinin növbəti məhkəməsi keçirilir

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

Ardını oxu »

Əlilliyin qiymətləndirilməsində nöqsanlara yol verən baş həkim, 3 direktor və komissiya üzvləri vəzifədən azad ediliblər

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən davamlı tədbirlər görülür.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Ardını oxu »

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanılıb

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması prosesinə start verilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin əməkdaşları tərəfindən İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Ardını oxu »

“Sönməz Məşəl”in Nizami ilinə töhfəsi

“Sönməz Məşəl”in Nizami ilinə töhfəsi<b style="color:red"></b>

“Sönməz məşəl” Mədəni Əlaqələr ictimai birliyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet ” adlı layihənin icrasına başlayıb.

525.az xəbər verir ki, bu ilin ölkəmizdə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə reallaşdırılır.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 1
  • 22
  • 11
  • 14,706
  • 40,286
ILK-10 Azeri Website Directory