İyul 6, 2021

Əsas hədəfimiz mədəni irsin bərpasıdır

 İşğalda olan torpaqların azad olunmasından öncə də həmin rayonların mədəniyyət şöbələri və bununla əlaqəli nümayəndəlikləri var idi. Təbii ki, zəfərdən öncə həmin şöbələrin köçkün, çətin fəaliyyətini anlamaq mümkün idi. 

Bəs, indi onlar azad olunmuş torpaqlarla bağlı hansı işləri görür, nələri planlayır?

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədin adalet.az-a bildirdiyinə görə Mədəniyyət Nazirliyinin əsas hədəflərindən biri işğaldan azad olunmuş torpaqlarda mədəni irsin bərpasıdır.

Ardını oxu »

Daşkəsəndə hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Ardını oxu »

Qurban bayramına görə imtahan vaxtı dəyişdirildi – RƏSMİ

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

DİM-dən Adalet.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirildiyi üçün Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib/

Ardını oxu »

Goranboy: Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi

Goranboy rayon İcra Hakimiyyətində  İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə ötən həftə ərzində aidiyyəti üzrə verilmiş tapşırıqların icra vəziyyəti, vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli,  Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili,  kənd təsərrüfatı sahəsində görülmüş işlər; taxıl biçinin aparılması, pambıq və tütün bitkisinin becərilməsi, barama istehsalı, rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı.

Ardını oxu »

Tovuz: İcra başçısı sahələrdə kartofçu fermerlərlə görüşüb

Cari mövsümdə kartofçuluq sahəsində zəngin ənənələrə malik olan Tovuz rayonunda bol məhsul yetişdirilib. Bu il rayon ərazisində 6245 ha sahədə kartof əkilib. Əkinçilik sektorunun əsas istiqaməti olan kartofçuluğun inkişafı məqsədilə  innovativ tədbirlərin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və becərmənin aqrotexniki qaydada aparılması bol məhsul əldə etməyə zəmin yaradıb. Hazırda sahələrdə kartof yığımına başlanılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartof yığımının gedişi vəziyyəti ilə tanış olmaq üçün Əyyublu kəndində sahələrdə olub və əkinçi fermerlərlə görüşüb. Fermerlər Vüqar Hüseynov, Hüseyn Mehralıyev, Dilqəm Yusifov və başqaları kartofun məhsuldarlığı, tədarükü, satışı, həmçinin saxlanılması barədə məlumat verərək  qarşılaşdıqları problemlərdən danışıblar.

Ardını oxu »

Laçınlı taxılçılar biçini başa çatdırıblar

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar.

Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 876,4 hektar taxıl sahəsindən 1996,8 ton məhsul əldə edilib. Məhsulun 79,3 tonu buğda, 1917,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 25 sentner, arpa zəmilərində isə 22,7 sentnerdir.

Ardını oxu »

Heç kəs öz ayranına turş demirsə…

…Bu, gerçəkdə turş və dadsız ayranın olmadığına dəlalət etmir

Əvvəlcə, yazının sərlövhəsinə münasibətimi bildirim.

Bəli, heç kəs öz ayranına turş demir!

Amma gerçək həyatda istənilən qədər turş və dadsız ayran var!

Həm də alıcı (bu halda oxucu) ayranı alıb onun dadsız olduğunu görəndə ikinci dəfə almır!

Belədə isə satılmayan ayran qalaraq turşuyur.

Ardını oxu »

“Dəmir yumruğ”un növbəti Zəfəri

Üç rayon üzrə 189 min minanı əks etdirən xəritə Azərbaycana təhvil verilib

Vətən müharibəsindəki Zəfər Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik qələbəsi kimi yadda qaldı. Ordusu darmadağın olunan Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yox idi. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və işğaldan azad olunmuş torpaqlarımızda  genişmiqyaslı quruculuq işləri başlayıb.

Ardını oxu »

Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanıldı

Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanıldı<b style="color:red"></b>

Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanılıb.

525.az-ın xəbərinə görə, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb.

Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Ardını oxu »

Neftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi

Neftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi<b style="color:red"></b>

Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının sabiq birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin sabiq müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin sabiq müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov, və rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 42
  • 20
  • 14,726
  • 40,306
ILK-10 Azeri Website Directory