İyul 7, 2021

Dünyanın ən maraqlı evi…

Alp dağlarında səthi güzgü ilə örtülmüş, təbiətin rənglərinə qarışmış kreativ evi görürsünüz. 

Adalet.az həmin evin görüntülərini təqdim edir

Bu ev ABŞ-lı sənətçi Doug Aitken tərəfindən İsveçrədə Alp dağlarında hazırlanıb. Bu tip evlər gözəl görünsə də, quşlar üçün təhlükəli olduğu üçün qınaq obyektinə çevrilmişdi.

Ardını oxu »

Yandım, elə yandım…

Bəzən diqqətsizlik, bəzən də dəcəllik ucbatından tez tez uşaqlapda yanıqla bağlı yaralara rast gəlinir. Yanıqlar cürbəcür olur, yəni qaynar su yanığı, qaynar yağ yanığı, oddan yanma, elektrikdən yanma, radiasiya yanıqları, kimyəvi yanıqlar və s.

Bir şeyi də xatırladaq ki, uşaqlar arasında baş verən yanıqlar daha çox qaynar su (məsələn, qaynar çaydanın aşması, qaynar stəkanın dağılması və s.) yanığıdır ki, bu da daha çox diqqətsizlikdən və dəcəllikdən irəli gəlir. Buna görə də yanıqlar daha çox 1-3 yaş arası uşaqlarda müşahidə edilir. Odur ki, həmişə çay dəmləyərkən və ya süfrəyə çay verərkən diqqətli olmaq lazımdır. Bəs yanığı müalicə edərkən ilk olaraq nəyə diqqət yetirmək lazımdır?

Ardını oxu »

İlhami Cəfərsoy: Mikoyanın Azərbaycan planı

Anastas Mikoyan Qarabağda ermənilərə muxtariyyət verilməsinin o qədər də tərəfdarı deyildi. Onun konsepsiyası belə idi ki, Azərbaycanın düşünən başları məhv edilsin. Əhalinin savadsız kəsiminə kəndlərdə köləlik bitkisi olan pambıq əkdirilsin. Bakı daxil olmaqla böyük şəhərlər isə tədricən erməniləşdirilsin. Erməni qızlarını müsəlman oğlanlarına sırımaqla yeni nəsil yaradılsın. Yeni nəsil Azərbaycan xalqına düşmən olacaqdır. Belə də oldu. Gəncədə ermənilər çoxaldı, Bakıda hibrid ailələrin sayı artırıldı. Artıq 80-ci illərdə Bakının mərkəzində insanların çoxu erməni beyni ilə düşünür, rus dilində danışırdılar.

Ardını oxu »

Xoşbəxt sənətkar

Azərbaycan opera müğənnisi, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Xuraman Qasımovanın ömrünün yetmişinci ilində ən böyük yubiley sevinci Prezident İlham Əliyevin imzaladığı sərəncam oldu. Sərəncamda bildirilirdi: “Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin”.

Ardını oxu »

İLHAM ƏLİYEV Kəlbəcəri dünyanın möcüzəsinə çevirəcək

İlahi, hara getmişdi bu el-oba, hayana üz tutmuşdu kəndin camaatı…

Görəsən, bəs onun ailəsi, ata-anası, bacı-qardaşı necə olmuşdu?!

Gənc Qurban onlardan bir soraq almaq ümidilə həyəcanla ətrafa baxır, qonşu həyətlərə, evlərə bir-bir göz gəzdirirdi.

Lakin kənddə heç kim yox idi… Bomboş küçələrdə yiyəsiz qalmış evlərin, sahibsiz mal-qaranın, qoyun-quzunun mələrtisi qılınc kimi kəsən çovğunun vıyıltısına qarışaraq adamın qəlbini parçalayır, tüklərini ürpədirdi…

Ardını oxu »

Aqrar islahatlar ərzaq idxalından asılılığımızı azaldır

Bu il taxılımız da boldur

Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri də kənd təsərrüfatıdır. Başlıca səbəb dövlətin bu sahəyə verdiyi əhatəli dəstəkdir. Bircə misal: əgər əvvəllər ölkədə yalnız taxılçılıqla məşğul olan fermerlərə subsidiya verilirdisə, indi bu stimullaşdırıcı addım aqrar sektorun demək olar bütün sahələri üzrə atılır. Bununla yanaşı, fermerlərə bir çox digər güzəştlər də edilir.

Ardını oxu »

Zəfər Yolunun asfaltlanması işlərinə başlanılıb

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.

AZƏRTAC xəbər verir ki, ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

Ardını oxu »

Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilir

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyulun 7-də Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Ardını oxu »

Sabahın hava proqnozu

Sabahın hava proqnozu<b style="color:red"></b>

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Ardını oxu »

Göygöl: Abituriyentlərin Universitetlərə ekskursiyası davam edir

Göygöl Təhsil Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində 100-dən çox məktəbli  Texnologiya Universiteti ilə tanış olub.
Göygöl Təhsil Mərkəzinin Göygöl, Gəncə, Balçılı, Samux və Şəmkir filiallarının abituriyentləri “Bizimlə Yay” dərs proqramına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin bütün korpuslarında – Yüngül Sənaye mühəndisliyi və Logistika, Qida mühəndisliyi, Avtomatika, Telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrində maraqlı görüşlər keçirib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory