İyul 8, 2021

Eminqueydən yeni ŞEİR

 doğum günündə,

bayraqla bəzənmiş qırmızı tabutda

qızına hədiyyə gəldi şəhidim.

zavallı qız,

sanmışdı ki,

atası gözlərini yumub gizlənqaç oynayır,

Ardını oxu »

“Şuşa Bəyannaməsi Avrasiya üçün strateji əhəmiyyət daşıyır” İlham Əliyev

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi”.

Adalet.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubunda qeyd olunub. Prezident vurğulayıb ki, Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir:

Ardını oxu »

Elmar Vəliyevlə bağlı ekspertiza rəyi AÇIQLANDI

Gəncənin sabiq icra başçısı barəsində ekspertizanın nəticəsi məlum olub.

Adalet.az xəbər verir ki, vəkil Cavad Cavadov bildirib ki, “Gəncə işi” ilə bağlı məhkəmə iyulun 15-də davam edəcək.

“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, – deyə vəkil qeyd edib.

Ardını oxu »

Bütün yollar Qarabağa aparır

“Zəfər” yolunun asfaltlanmasına başlanıldı

44 günlük  Vətən müharibəsindəki Qələbənin nəticəsi olaraq işğaldan azad olunan ərazilərimiz indi böyük tikinti və quruculuq meydanını xatırladır.

Prezident İlham Əliyevin sərəncamlarına, göstəriş və tapşırıqlarına əsasən, hazırda Qarabağda bir neçə istiqamətdə avtomobil və dəmir yolları layihələri icra olunur, hava limanı inşa olunur. O cümlədən işğaldan azad olunan ərazilərimizin yeni enerji infrastrukturu yaradılır.

Ardını oxu »

FRANSA RUSİYA VƏ ÇİN PEYVƏNDLƏRİNİ TANIMAMAĞA ÇAĞIRDI

Fransanın dövlət katibi Kleman Bon, “Fransa -2” telekanalına müsahibəsində, Avropa İttifaüına üzv dövlətləri, Rusiya və Çində istehsal olunan koronavirusa qarşı peyvəndləri tanımamağa çağırıb.
 “Tanınmış peyvəndlərin sayını  Avropa agentliyinin tanıdığı  peyvəndlərlə məhdudlaşdırmaq lazımdır” – deyə o, müsahibəsində bəyan edib.

 Bon, xatırladıb ki, Aİ hələki dörd peyvəndi tanıyır – Pfizer, Moderna, Astra və Jonson & Jonson və bir sıra ölkələri, o cümlədən İspaniyanı Rusiya və o,  Çin istehsalı peyvəndlərini tanımağa çağırmasını qınayıb.

Ardını oxu »

Türkiyə səfiri Naxçıvan Dövlət Universitetində olub – Foto

Türkiyə səfiri Naxçıvan Dövlət Universitetində olub - <b style="color:red">Foto</b>

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına səfər edib.

525.az xəbər verir ki, səfər zamanı Cahit Bağçı Naxçıvan Dövlət Universitetində olub. O, ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Səfir bildirib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Ardını oxu »

Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq

Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq<b style="color:red"></b>

Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq.

525.az Report-a istinadən xəbər verir ki, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək.

Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur.

Ardını oxu »

Füzulidə iki nəfər minaya düşüb

Füzulidə iki nəfər minaya düşüb<b style="color:red"></b>

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Ardını oxu »

Türkiyə Rusiya və İranla birgə beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyə Rusiya və İranla birgə beynəlxalq ictimaiyyətə çağırış edib<b style="color:red"></b>

İyulun 7-8-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya mövzusunda Türkiyə, Rusiya və İranın keçirdiyi 16-cı yüksək səviyyəli görüşlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi mövqe bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, Türkiyə XİN-dən bildirilib ki, yüksək səviyyəli görüş çərşivəsində tərəflər Suriyadakı humanitar vəziyyət, dəstək, Konstitusiya Komitəsi, siyasi proses, İdlibdəki son durum, xüsusilə Fəratın şərqindəki separatçı qüvvələr olmaqla terrorla mübarizə mövzularında ətraflı müzakirələr aparıb.

Ardını oxu »

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

İlkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır. Laboratoriyaların qurulması 2021-2022-ci illər ərzində gözlənilir:

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory