İyul 12, 2021

Qəhrəmanlıq tariximizdən səhifələr: Tovuz döyüşləri

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutub.

Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Ardını oxu »

Vüqar Səfərlinin məhkəməsinin vaxtı məlum oldu

 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Adalet.az-ın məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin olunub.

Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. İttihama görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Ardını oxu »

İlham Əliyev Dövlət Agentliyinə iki milyon manat ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Reket, yoxsa dilənçi?!

Bir neçə gündür ki, mətbuatda «reket jurnalistikası» ilə bağlı geniş müzakirələr gedir. Hətta bu mövzu ilə bağlı Az.TV-nin «Çıxışa doğru» proqramında ekspertlərin  və tanınmış jurnalistlərin fikirlərini də dinlədik. Bir daha yəqin etdik ki, həqiqətən bu gün mətbuatın və böyük jurnalistikanın adına ləkə gətirən bu sənətdən, bu peşədən xəbəri olmayan bir qrup  dələduz məmləkətimizdə at oynadır. Onlar ayrı-ayrı vəzifəli şəxsləri və hətta adi insanları şantaj edərək, hədə-qorxu yolu ilə müxtəlif məbləğdə pul istəyirlər. Ən qəribəsi odur ki, onların «toruna» düşən çoxlu sayda məmurlar və vəzifəli şəxslər də var. Görəsən, bu vəzifəli şəxslər nəyə görə həmin adamlara istədikləri o pulu verirlər? Məgər onlar öz hüquq və vəzifələrini bilmirlərmi? Görünür, belələri gözü kölgəli olduğuna görə ya susur, ya da heç bir şey demir.

Ardını oxu »

AĞ GÜL, QIRMIZI GÜL, SARI GÜL, YANINDA DA  İTBURNU ÇİÇƏYİ

Xarici ölkələrin  ölkəmizdəki  səfirləri Şuşaya  səfər etdilər. Bildiyiniz kimi, ABŞ-ın, Rusiyanın və Fransanın səfirləri  Şuşa səfərindən  imtina etdilər.

Mən onları  qınamıram, çünki Şuşaya gedəndə yandırılmış kəndlərdən, rayonlardan keçəcəkdilər və xəcalət  çəkəcəkdilər.  Çünki bu, ermənilərdən  daha çox onların  əl işidi. 30 il idi ki, ABŞ hər il açıq-açığına Qarabağda yaşayan erməni separatçılarına 10 milyon  dollar göndərirdi. Gizlin nə qədər  göndərirdi, onu da  biz bilmərik.  Fransa da onun kimi. Rusiya da bu 30 ildə  Ermənistana azı 200 milyard dollarlıq  silah-sursat göndərib.

Ardını oxu »

Benzin və dizelli avtomobillər ləğv olunacaq

  Avropa İttifaqı 2050-ci ilə qədər benzin və dizelli avtomobilləri tamamilə ləğv etmək istəyir. Səbəb ekoloji məsələlərdir.

Adalet.az-ın məlumatına görə, ən böyük istehsalçılardan olan Volkswagen şirkəti 2033-2035-ci illərdə tamamilə elektrikli avtomobillər istehsal etməyi planlayır. Avropada bir avtomobilin orta hesabla 15 il yollarda olacağını təxmin edirlər və 2050-ci il məhdudiyyətlərinə hazır olmaq üçün son benzin və dizelli avtomobilləri 2035-ci ildə ishtesal etməyi planlayırlar.

Ardını oxu »

Goranboy: Kənd təsərrüfatında yüksək dinamika müşahidə edilir

Goranboy rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və rayonda bu sahədə hər il uğurlu göstəricilərə nail olunur. Qazanılan uğurların əsas səbəblərindən biri dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi dəstəkdir. Subsidiyalar, texnika təminatı, yanacaq və sürtkü yağlarının, eləcə də gübrə və ziyanvericilərə qarşı dərman preparatlarının güzəştli təminatı istehsalçılarda işgüzarlığı artırmışdır.

Hazırda rayonda kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Hara baxsan kəndlini əkin sahəsində görmək olar. İndi ən çox diqqət taxılın vaxtında və itkisiz toplanmasına yönəlmişdir. Məhz bunun nəticəsidir ki, 8445 hektar buğda sahəsinin 7932 hektarında biçin sona çatmış, 26 890 ton məhsul toplanmışdır.

Ardını oxu »

Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş tovuzlu şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir

Tovuz Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tovuz döyüşləri zamanı Şəhidlik zirvəsinə yüksəlmiş Tovuz rayonundan olan Zeynallı İlqar Ayaz oğlunun və Məmmədov Elşad Dönməz oğlunun xatirəsinə həsr olunmuş yeniyetmələr və kiçik yaşlı idmançılar arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Açıq rayon birinciliyində 7 rayondan ümumilikdə 160-dan çox idmançı iştirak etmişdir. Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov yarışı giriş sözü ilə açaraq 12 iyul hadisələri ilə əlaqədar və Müzəffər Ordumuzun Şanlı qələbəsi və “Şuşa Bəyannaməsi” haqqında geniş məlumat vermiş və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 22
  • 11
  • 14,706
  • 40,286
ILK-10 Azeri Website Directory