İyul 13, 2021

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başladıldı

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ardını oxu »

Heydər Əliyevin başladığı və İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə

2006-cı  il  iyulun 13-də  tam sistem kimi istifadəyə verilən  BTC  digər qlobal layihələrə də yol açdı

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsindən 15 il keçir. Ötən dövr ərzində bu möhtəşəm kəmər ahəngdar şəkildə fəaliyyət göstərərək  Azərbaycan neftini dünya bazarlarına çatdırıb.

Hazırda BTC  əsasən Xəzərin  Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti və “Şahdəniz”dən hasil olunan kondensatı daşıyır. Bundan əlavə, kəmər  vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən müəyyən miqdarda  Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

Ardını oxu »

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136; 2021, № 2, maddə 113) aşağıdakı məzmunda 24.12-ci və 24.13-cü maddələr əlavə edilsin:

Ardını oxu »

Sabah III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyent iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, iyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21min 35 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Ardını oxu »

Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksələn Xəyyam Daşdəmirov

Ötən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərmişdi. Lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirildi və o, itki verərək geri çəkilməyə məcbur edildi. Həmin döyüşdə ordumuzun baş çavuşu Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olub, beş hərbi qulluqçumuz isə yaralanıb. Yaralılara vaxtında ilkin yardım göstərilərək döyüş meydanından təxliyə edilsələr də, onlardan biri – gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olmuşdu.

Ardını oxu »

Anar Qasımlı: Şəhid ailələrinə xidmət etməkdən qürur duyuruq!

İddialara görə, özünü jurnalist kimi təqdim edən bir neçə nəfər gedib şəhid ailələrindən pul alıblar. Alıblarsa, burunlarından gəlsin, bu öz yerində.

Düşünürəm ki, özünü jurnalist kimi təqdim edib şəhid ailələrindən pul alanlar olduğu kimi, özünü vəkil kimi də təqdim edərək, şəhid ailələrindən guya onların hansısa problemlərini həll etmək üçün pul istəyənlər, alanlar da ola bilər.

Ardını oxu »

Sosial şəbəkələri yeni KİV növü kimi qəbul etmək olarmı? – Video

Sosial şəbəkələri yeni KİV növü kimi qəbul etmək olarmı? - <b style="color:red">Video</b>

Hazırda cəmiyyətin informasiya tələbatının ödənilməsində sosial media da mühüm rol oynamağa başlayıb. Bu da vətəndaş jurnalistikasının vüsət almasına zəmin yaradıb. Bəs sosial şəbəkələri yeni KİV növü kimi qəbul etmək olarmı?

Mövzu ilə əlaqədar suallara cavab 525.az-ın əməkdaşı Nigar Abbasovanın reportajında yer alıb.

Reportajı təqdim edirik:

Ardını oxu »

Goranboy: Şəhərində genişmiqyaslı və əsaslı tikinti, quruculuq və abadlıq işləri davam etdirilir

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə,  Goranboy şəhərinin Civəzadə küçəsində aparılması nəzərdə tutulan abadlıq, tikinti və yenidənqurma işləri ilə yerində tanış oldu, görüləcək işlərlə bağlı müzakirələr aparıldı.

Ardını oxu »

Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib<b style="color:red"></b>

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 467
  • 171
  • 15,208
  • 46,430
ILK-10 Azeri Website Directory