İyul 14, 2021

Qurban bayramında heyvan satışı və kəsimi xidməti təşkil olunacaq – Siyahı

Qurban bayramında heyvan satışı və kəsimi xidməti təşkil olunacaq - <b style="color:red">Siyahı</b>

Bu il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

525.az-ın məlumatına görə, satış məntəqələrində baytarlıq nəzarətindən keçən və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Ardını oxu »

Bayram günlərində ictimai nəqliyyat işləməyəcək

Bayram günlərində ictimai nəqliyyat işləməyəcək<b style="color:red"></b>

18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

525.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Ardını oxu »

“Türkiyənin təhlükəsizliyi artıq sərhədlərimizdən başlamır” – Ərdoğan

"Türkiyənin təhlükəsizliyi artıq sərhədlərimizdən başlamır" - <b style="color:red">Ərdoğan</b>

“Türkiyənin təhlükəsizliyinin təmin olunması artıq sadəcə sərhədlərimizdən başlamır”

525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında bildirib.

“Dünyanın harasında ölkəmizə qarşı siyasi və hərbi təhdidlərin olduğu yer varsa, biz bu təhdidləri yerindəcə aradan qaldırırıq”, – o qeyd edib.

Ardını oxu »

Azərbaycanlı deputatlar Ankarada ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın parlament nümayəndə heyəti iyulun14-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Ardını oxu »

“Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq” -Prezident

 "Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq" - <b style="color:red">Prezident</b>

Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.

525.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.

Ardını oxu »

Prezident İlham Əliyev Tbilisi merini qəbul edib

Prezident İlham Əliyev Tbilisi merini qəbul edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.

525.az=ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

Erməni terrorçuları Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub – RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ardını oxu »

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı tövsiyələr verdi

Qafqaz Müsəlmanları İdarə Qurban bayramı ilə bağlı tövsiyələr verib.

Adalet.az-ın məlumatına görə, tövsiyələrdə deyilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eyd-ül-Əzha” – Qurban bayramı müqəddəs Qurani-Kərimdə Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Ayeyi-şərifdə buyurulur ki: “Rəbbin üçün namaz qıl və qurban kəs!” (“əl-Kövsər” surəsi, 2). Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: Erməni «problemi»nin mahiyyəti özündədir

Dünyada baş verən siyasi proseslər bu və ya digər formada Azərbaycan adlı məmləkət üçün də önəmlidir.  Yəni, ölkəmizin son illərdəki uğurlu iqtisadi, siyasi fəaliyyəti, üstünlüyü təkcə bizim üçün deyil, həm də böyük anlamda dünya üçün önəm kəsb edir. Bu mənada 30 illik Ermənistan-Azərbaycan qarşıdurması onun məna və mahiyyəti sonda 44 günlük Zəfər müharibəsi və nəhayət, Ermənistandakı son seçkilər göstərir ki, siyasi proseslərdə nə qədər ikili standartlar önəmli olsa da, həqiqət, ədalət bu və ya digər formada ortaya çıxır. Və bu mənada bizim üçün ən zəruri və bəlkə də ən gerçək olanı haqqın ifadə olunması, ədalətin tanınmasıdır. Söhbət burda  Azərbaycan gerçəkliyindən, Azərbaycan tarixindən və Azərbaycanın ərazi bütövlüyündən gedir.

Ardını oxu »

Prezident qazilərimizin məşğulluq məsələlərinin həllindən DANIŞDI

“İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir”.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory